Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) sahibkarlara müraciət edib.
Eləcə də bax: İtaliyalı iş adamları - AZƏRBAYCANA GƏLİR
FED.az xəbər verir ki, ASK-dan bildirilib ki, martın 5-6-da Özbəkistanın paytaxtında “Birinci Daşkənd Beynəlxalq İnvestisiya Forumu” təşkil olunacaq. Tədbir Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və ölkənin İnvestisiya və Xarici Ticarət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. Forumda “Biznes üçün şəffaflıq”, “Regional əlaqələrin dərinləşdirilməsi” və “Texnoloji innovasiyaların istifadəsi” mövzularında panel sessiyaların keçirilməsi də planlaşdırılır.
Forum 1500-dən çox xarici və yerli şirkət rəhbərlərini, investorları, ixracatçıları və beynəlxalq KOB-ları bir araya toplayacaq unikal tədbirdir. Forumda iştirak etməkdə maraqlı olanlar ASK-ya müraciət edə bilərlər.