Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakıda iki tələbə yataqxanasının tikintisi üçün biznes planlar hazırlayıb, layihələrin ümumi dəyəri -$42 milyon təşkil edir.
Eləcə də bax: KOBİA “Baker Tilly”ni seçdi - TENDER
FED.az xəbər verir ki, “Layihələrdən biri Bakı Dövlət Universitetinin tələbələri üçün yataqxana tiintisi və müvafiq xidmətlıərin göstərilməsini nəzərdə tutur. Bu layihə $32 milyon həcmində qiymətləndirilir. Eyni zamanda, KOBİA “Tik-İstismar et - Təhvil ver” maliyyələşdirmə sxeminin tətbiqi ilə investor cəlb etməyi ümid edir”, - hökumətdən qeyd ediblər.
İkinci layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün anakloji yataqxananın tikintisini nəzərdə tutur. Layihə $10 minlyon həcmində qiymətləndirilir. İşlərin maliyyələşdirilməsi də “Tik-İstismar et-Təhvil ver” sxeminin tətbiqi ilə nəzərdə tutulur.
Agentliyin qiymətləndirmələrinə əssaən, hər iki layihənin reallaşdırılması müddəti 2,5 il, xərcin çıxarılması müddəti – 10 il təşkil edir.
İnterfaks