Azərbaycanda turizm sektoruna pul yatırmaq istəyən iş adamlarına maraqlı təklif var.
FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyi investorlara təklif edir ki, Azərbaycanda kampinq məntəqəsi – turistlər üçün kiçik çadır şəhərciyi yaratsınlar.
Agentlikdən FED.az-a bildirilib ki, söhbət yerli və ya xarici investor tərəfindən 200 min dollarlıq yatırımdan gedir.
Eləcə də bax:Astarada 1 milyon dollara – OTEL TİKİNTİSİ
«Bu məntəqə istənilən regionda yaradıla bilər. Hər hansı iş adamı ideya ilə maraqlansa, bunu ölkənin istəniən yerində yarada bilər və Dövlət bu investorla kommunikasiya aratmağa hazırdIR. Yəni investor gəlib pul yatırmaq istəsə biz onu dəstəkləyəcəyik. Konkret yer nəzərdə tutulmayıb. İnvestor harını seçsə ona dəstək verməyə hazırıq» - deyə agentlikdən bildirilib.
Eləcə də bax:Azərbaycanda hazır biznes satılır - QİYMƏT
Təklifə görə, qurulacaq çadırlar böyük olmalı, burada rahat şərait, o cümlədən yataq və hamam otaqları olmalıdır. Yatırılacaq investisiya 200 min dollar, layihənin reallaşma müddəti 3 ay, pulun qayıtma müddəti isə 2 ildir.