Xəbər verildiyi kimi, 29 oktyabr Türkiyə Respubilkasının elan olunduğu gün – Cümhuriyyət Günü idi. FED.az xəbər verir ki, respubilka elan olunduqdan indiyə qədər Türkiyənin dəyşilməyən markaları var. Bunlar aşağıdakılardır:
1. Türkiyə Turing və Avtomobil Təşkilatı
Türkiyənin turizm və avtomobil sahələrində ixtisaslaşıb. Türkiyə Turing və Avtomobil Təşkilatı 6 noyabr 1923-cü ildə yaradılıb. Əvvəl "Türk səyyah Cəmiyyəti" sonra da "Türkiyə Turing Klubu" (Touring Club Türk) adlarını alan təşkilat, 1930-ci ildə ictimai mənfəətinə işləyən dərnək olaraq tanınmış və gömrük və yol qanunvericiliyi ilə də, xüsusi səlahiyyətlər və vəzifələr alıb.

2. Anadolu Agentliyi
Anadolu Agentliyinin tarixi, Türkiyə Respublikasının elan olunma tarixi ilə çox yaxındır. Türkiyə Böyük Millət Məclisi açılmadan 17 gün əvvəl 6 Aprel 1920-ci ildə qurulan Anadolu Agentliyi, TBMM-nin çıxardığı ilk qanunları çap edib.

3. Türkiyə İş Bankı A.Ş.
Respublika dövrünün ilk milli bankı olan İş Bankası, 26 Avqust 1924-cü ildə İzmirin I İqtisadi Konqresində alınan qərarlara uyğun olaraq Atatürkün əmri ilə quruldu.

4. Anadolu Sığorta
Şirkət, 1 Apreldə Atatürkün təşəbbüsü, ilk milli bank olan Türkiyə İş Bankının rəhbərliyi ilə qurulub. Bu gün də hələ də işləməkdədir.

5. Zeytun Vəqfləri
1930-cu ildə Türkiyə Böyük Millət Məclisində zeytun ağaclarının qorunması haqqında qanun qəbul olunduqdan sonra yeni bir quruluş ortaya çıxdı: Zeytun Vəqifləri. 1940-cı illərdən zeytunçuluq sahələrində çalışan kooparatif şirkətlərinin yanında dövlət yardımı ilə ortaya çıxan zeytunçuluq şirkətləri də işə başladı.

6. Nimet Abla
1928-ci ildə açılan Nimet Abla stendi, Türk Tayyar Cəmiyyəti lotereya biletlərini satdıqdan sonra tarixə keçdi. Nimet Abla ofisində 1931-ci ilə qədər iqtisadi problemlər yaşanarkən, Nimet Abla 1931-ci ildə satılan biletlərin birində Milad lotereyasının 100 min lirə olduğu zaman məşhur oldu.

7. Petrol Ofisi
1941-ci ildə, Petrol Ofisinin ilk müdürü Talha Sabuncu, dokuz işçi ve 2.5 milyon lirə ile İstanbulda quruldu.
