Son günlər ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibənin əsas mövzularından biri Hörmüz boğazıdır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hərbi əməliyyatların gərgin vaxtında İranın düşmənlərinə qarşı istifadə etdiyi əsas təhdid və tədbirlərdən biri Hörmüz boğazının bağlanmasıdır. Rəsmi Tehran artıq dəfələrlə bəyan etdikdən sonra Hörmüz boğazını faktiki olaraq bağlayıb.
ABŞ İranda "öz şahını" təyin edə bilərmi? 70 il əvvəl neftə görə etmişdilər - BİZNES TARİXİ
Hadisələrin gedişi göstərir ki, ABŞ və İsrail üçün ən böyük təsir vasitəsi də məhz boğazın bağlanmasıdır. Təsadüfi deyil k, məhz boğazın bağlanmasından sonra ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatları qismən də olsa dayandırmağa və Tehranla danışıqlara getməyə məcbur olub.
Xatırladaq ki, İranın şərtlərinə görə, buradan yalnız İrana düşmək olmayan, indiki müharibədə heç bir formada İran əleyhinə iştirak etməyən və İranın düşmənlərinə yük daşımayan ölkələrin gəmiləri keçə bilər. Amma onlar da boğazdan keçdikdə İrana ümumi məbləği 2 milyon dollar ödəniş etməli, amma bunu Çin valyutasında – Yuanda həyata keçirməlidirlər. Artıq bu üsulla gəmilərin boğazdan keçirilməsinə başlanılıb.
Sonrakı peşmançılıq: Rusiya Alyaskanı ABŞ-a necə satdı? – ƏMLAK TARİXİ
Bəs Hörmüz boğazı doğrudanmı İrana məxsusdur? İranın bu boğazı bağlamaq və ya buradan xüsusi keçid qaydaları tətbiq etmək hüququ varmı? Məsələnin hüquqi tərəfini - hərçənd ki, son günlər baş verən hadisələr ABş və İsrail tərəfindən elementar hüquqi normaların artıq qorunmadığını göstərir – izah etməzdən əvvəl, Hörmüz boğazının vəziyyətinə və tarixinə nəzər salaq.
Hürmüz boğazı coğrafi olaraq dünyanın ən strateji "dar boğazı" hesab olunur. Fars körfəzindən çıxan gəmilər Hörmüz boğazını keçdikdən sonra Oman körfəzinə, oradan isə Ərəbistan dənizinə və Hind okeanına daxil olur. Bu keçid Asiya xüsusilə Çin, Yaponiya və Hindistan iqtisadiyyatı üçün həyati əhəmiyyətlidir.
Hörmüz boğazının uzunluğu 167 km və ya 90 mil, eni isə ən dar nöqtədə 39 km, geniş hissədə isə 96 km-dir. Hörmüz boğazı kifayət qədər dərindir – maksimum dərinliyi 80-100 metr arasındadır. Bu, dünyanın ən böyük neft tankerlərinin (VLCC - Very Large Crude Carriers - tipli) keçməsi üçün kifayətdir, lakin gəmilərin manevr imkanlarını məhdudlaşdırır.
İlk baxışdan kifayət qədər enli olsa da (ən dar yeri 39 km-dir) Hörmüz boğazında gəmilər üçün hər ikisinin eni 3,2 km olan ikiərəfli yol təşkil edilib. Bunlardan biri ilə gəmilər boğaza daxil olur, digəri isə boğazdan çıxış üçündür. Eyni zamanda bu iki yol arasında gəmilərin bir-birinə toxunmaması üçün 3,2 km-lik boş bufer zona da saxlanılır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Hörmüz boğazının sahilində 6 ölkə var – boğazın bir tərəfi tamamilə İrandan ibarətdir. Digər tərəfdə isə kiçik hissədə İraq, sonra Küveyt, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və Oman yerləşir.
Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı, BƏƏ və Omanın dənizə başqa çıxışları da var. Yəni onlar öz neftini dünya bazarına Hörmüzdən keçmədən də çıxara bilirlər (kiçik boru kəməri vasitəsilə – yəni boğazı əvəz edə bilmir). Küveyt, İraq və Qətər isə tamamilə Hörmüzdən asılıdır.
Bu qədər neft ölkəsini əhatə edən Hörmüz boğazı hazırda dünyanın ən vacib su yollarından sayılır. Belə ki, gündəlik olaraq buradan 20-21- milyon barel neft daşınır. Bu da dünyada dəniz yolu ilə daşınan neftin təribən 30%-ni təşkil edir.
Hormuz boğazı min ildir ki, əsas su yollarından biridir.
Maraqlıdır ki, Hörmüz boğazının nəqliyyat kimi istifadəsi tarixibir neçə min i l əvvələ gedib çıxır. Hələ qədim dövrlərdə Şumer, Akkad və Elam sivilizasiyaları bu boğaz vasitəsilə Hindistanla ticarət edirdilər. Hətta boğazın girişindəki Hormuz adasında Hörmüz krallığı yaranmışdı və bu krallıq bölgənin ən zəngin ticarət mərkəzi idi: «Dünya bir üzükdürsə, Hormuz onun qaşıdır» deyimi o vaxtdan yaranıb. Eyni zamanda Çin və Hindistandan gələn ədviyyat, ipək və qızıl bu boğaz vasitəsilə Mesopotamiyaya və oradan Avropaya daşınırdı.
Amma orta əsrlərdə boğaza avropalıların ayağı açıldı və bu bölgənin tarixi tamamilə dəyişdi. 1500-cü illərin əvvəlində Hörmüz boğazını …Portuqaliya işğal etdi. Bəli, həmin vaxt Avropada dənizçilik çox inkişaf etmişdi. Hətta Kolumb Amerikanı kəşfi edəndə Səfəvilər dövləti hələ qurulmamışdı. Buna görə də, Asiya və ərəbistan sahillərində Avropa ölkələrinin hegemonluğu adi hal idi. Beləliklə Afonso de Albukerke-nin başçılıq etdiyi Portuqaliya donanması 1507-ci ildə Hormuzu ələ keçirdi. Onlar boğazda böyük qalalar tikərək (məsələn, Qırmızı Qala) Hind okeanına girişi tam nəzarətə götürdülər.
"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Amma 1622-ci ildə Səfəvilər portuqalları Hörmüzdən qovub çıxara bildilər. Təxminən 400 il əvvəl Şah Abbasın rəhbərliyi ilə Səfəvi ordusu İngilis Şərqi Hind Şirkətinin gəmiləri ilə birləşərək portuqalları boğazdan və Hormuz adasından qovub çıxardı. Bundan sonra boğazda ticarət mərkəzi adadan quruya — Bəndər-Abbas limanına köçdü.
Amma bu addımın mənfi nəticəsi də oldu. 19-cu əsrdə Hörmüzə Britaniya imperiyası ayaq açdı. Onlar müstəmləkələri olan Hindistana gedən yolu qorumaq üçün boğazda hərbi qıvvələr yerləşdirdilər və yerli əmirliklərlə (indiki BƏƏ) müqavilələr imzaladılar.
XX əsrdə neftin kəşfi Hörmuzun əhəmiyyəti artırdı, bura artıq sadəcə ticarət yolu deyil, Yaxın Şərq neftinin dünyaya yolunun açarı idi. 100 ilə yaxın dövrdə boğaza nəzarət edəndən sonra 1971-ci ildə Britaniya bölgədən çəkildi və İran (Məhəmməd Rza Şah dövründə) burada strateji əhəmiyyətli üç adanı — Böyük Tunb, Kiçik Tunb və Əbu Musanı nəzarətə götürdü. Yeri gəlmişən, bu adalar indi də İran və BƏƏ arasında mübahisə mövzusudur.
Teymurilər dövlətinin rüşvətxor vəzirləri və məmurları – KORRUPSİYA TARİXİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 1980–1988-ci ildə Hörmüzdə ilk həyacan siqnalı çalındı – İran-İraq müharibəsi zamanı hər iki tərəf boğazdan keçən bir birlərinin neft tankerlərinə hücum edirdi. Nəticədə ABŞ hökuməti "Ernest Will" əməliyyatına başladı, yəni tankerləri hərbi gəmilərlə müşayiət etməyə başladı.
Hörmüz boğazının bağlanması ilə bağlı ilk hədələr isə 2011-ci ildə səsləndi - 2011–2012-ci ildərdə nüvə proqramına görə İrana qarşı sanksiyalar sərtləşəndə, İran ilk dəfə rəsmən boğazı bağlamaqla təhdid etdi. Nəhayət, 2026-cı il – ABŞ və İsrailin İrana hücumundan sonra hər gün onlarla nəhəng tankerin keçdiyi, faktiki olaraq dünya neft ticarətinin 20-30%-nin daşındığı boğaz yenidən əsas müharibə predmetinə və təhdid alətinə çevrilib.
ABŞ tərəfi Hörmüz boğazının təcili açılmasını tələb edir, İran isə əksinə, boğazı bağlayıb və ABŞ hücumları bitməyənə qədər onu açmayacağını elan edib.











