"Əsrin müqaviləsi" imzalanandan (1994) bəri "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından ixrac üçün təxminən 4,6 milyard barel neft hasil edilib.
FED.az xəbər verir ki, BP-nin (British Petroleum) hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel Bakı Enerji Həftəsində çıxışı zamanı deyib.
"BP-nin Azərbaycandakı komandasının 90 faizindən çoxu Azərbaycan vətəndaşlarıdır", - o bildirib və əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Bakı üfüq xətti yüksəlib və daha parlaqdır.
Birrelin sözlərinə görə, Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təməl daşına çevrilib: "Bu da mənə bu layihə ilə əlaqədar sizin qarşınızda çıxış etmək üçün əsas yaradır.
AÇG yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatının başlanması doğrudan da böyük hadisədir. AÇG dünyanın ən böyük yataqlarından biri olaraq nəhəng və mürəkkəb yataqdır. Qeyri-səmt qazı neftin üstündəki və altındakı təbəqələrdə mövcuddur.
Gözəl bir xəbər - daha dərin yataqların dibində qaz və su arasında nazik bir neft kanalı aşkar etmişik. Bütün bunlar böyük texniki bacarıqlar tələb edir. Yeni qaz sistemlərinin mövcud neft infrastrukturu ilə inteqrasiyası üfüqi qazma və qabaqcıl geoidarəetmə kimi mürəkkəb texnologiyalar vasitəsilə mümkündür. Bu proses tamamilə təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirilməlidir.
Bütün bunlar təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirilməlidir" (Report).













