Bahar Residence tərəfindən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində interaktiv sessiya keçirilib.
11–17 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək “Bakı Şəhərsalma Həftəsi” (Baku Urban Week) Azərbaycan Şəhərsalma Kampaniyasının (AUC2026) əsas mərhələlərindən biri olaraq təşkil olunub. Tədbirlər silsiləsi BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası - WUF13 ərəfəsində şəhərsalma sahəsində beynəlxalq yanaşmaların Bakı şəhərinin yerli urban konteksti ilə əlaqələndirilməsinə fokuslanıb.
FED.AZ xəbər verir ki, bu çərçivədə Bahar Residence tərəfindən “Köhnə həyətlərdən yeni yaşayışlara: şəhər yaddaşı və gələcəyin yaşayış modeli” mövzusunda interaktiv sessiya keçirildi. Tədbir 15 may 2026-cı il tarixində, Şirvanşahlar Sarayı kompleksində tarixi ab-havada gerçəkləşdi.
Sessiyada ənənəvi Bakı həyətlərində formalaşmış sosial münasibətlərin, qonşuluq mədəniyyətinin və məkan prinsiplərinin müasir yaşayış layihələrində, necə yenidən interpretasiya oluna biləcəyi müzakirə edildi. Şəhər yaddaşı, icma yönümlü yaşayış modelləri, sosial davamlılıq və məkanın insan davranışına necə təsir etdiyi müzakirə olundu, keçmişdən xatirələr canlandı.
Tərəfdaşlar arasında yer alan Kvan Group şirkətinin təsisçisi Çingiz Kişiyevin yanaşmasına görə, gələcəyin yaşayış layihələri yalnız memarlıq və infrastruktur üzərində qurulmamalıdır. Əmlak developerlərinin məqsədi Bakının qədim ruhuna sadiq qalaraq canlı mühitlər formalaşdırmaq və müasir şəhərsalma prinsiplərini tətbiq etmək olmalıdır. Onun fikrincə, güclü icmalar sonradan yaranmır - onlar layihələndirmə mərhələsindən etibarən məkanın strukturu daxilində düşünülməlidir.
Qeyd edək ki, PMD Group və Kvan Group tərəfindən inşa edilən Bahar Residence layihəsi yalnız yaşayış kompleksi kimi deyil, insan münasibətlərini və gündəlik sosial qarşılıqlı əlaqələri ön plana çıxaran yaşayış modeli kimi formalaşdırılır.





![Köhnə Bakı həyətlərindən - [red]GƏLƏCƏYİN YAŞAYIŞ MODELİNƏ[/red] | FED.az](upload/news/small/2650483.jpg)
![Köhnə Bakı həyətlərindən - [red]GƏLƏCƏYİN YAŞAYIŞ MODELİNƏ[/red] | FED.az](upload/news/small/2198599.jpg)
![Köhnə Bakı həyətlərindən - [red]GƏLƏCƏYİN YAŞAYIŞ MODELİNƏ[/red] | FED.az](upload/news/small/3633547.jpg)








