Melissa Group
İnsan resursları şöbə müdiri (tikinti üzrə)
Son tarix 01 iyl 2026 - [email protected]
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir
- Əməkhaqqı: 2500-3000 AZN
- İş yeri: Bakı şəhəri, şirkətə məxsus tikintilərin biri
İşin Təsviri:
- İnsan Resurslarına dair prosedurları hazırlanması və izlənməsi;
- İR strategiyasının hazırlanmasıvə hayata keçirilməsi;
- İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işi təşkil edilməsi;
- Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işini təşkil edilməsi;
- İşə qəbul prosesində vakansiya və müsahibələri izlənilməsi;
- İşçi heyətinə aid sənədləşmələrin daxili qaydalara və Azərbaycan Respublikasının Əmək Məcəlləsi qanunvericiliyin tələblərinə uyğun olmasını təmin etmək;
- İşə qəbul, işdən azad edilmə, məzuniyyət, intizam tədbirləri, və s. proseslərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsinə nəzarəti;
- Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunmasını həyata keçirilməsi;
- Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsini təmin edilmısi;
- Fəaliyyət sahəsi ilə bağlı hesabatların hazırlanması;
- İşçilərin peşəkarlıq səviyyəsinin təlimlər vasitəsilə yüksəldilməsi üçün tədbirlər planının hazırlaması və icra edilməsi;
- Əmək intizamı məsələlərində iştirak etmək (araşdırma işlərində iştirak etmək, izahatların alınması, aktların hazırlanması və s.);
- Cəmiyyətdə sənəd, eləcə də elektron sənəd dövriyyəsinin qanunvericiliyin və şirkətdaxili təlimatların tələblərinə uyğun olaraq təşkilini həyata keçirmək;
- Aylıq hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər:
- Ali təhsil;
- İR sahəsində ən azı 3 il, müvafiq vəzifədə azı 2 il iş təcrübəsi;
- Tikinti sahəsində təcrübəsinin olması mütləqdir;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə güclü biliklər;
- 1C proqram təminatında işləmək bacarığı;
- MS Excel (pivot table, formullar və s.) bilikləri;
- Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik;
- Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır;
- Məxfilik prinsiplərinə riayət etmək;
- Dil bilikləri üstünlük hesab edilir;
- Yalnız bəy namizəd.
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “İnsan resursları şöbə müdiri (tikinti üzrə)” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.















