FED.az xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iyunun 1-dən qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.
Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, növbədənkənar sessiyanın çağırılmasının səbəbi dövlət büdcəsinin müzakirəsi ilə bağlıdır.
Belə ki, sessiyada 2025-ci ilin dövlət büdcəsinin icrası barədə Hesablama Palatasının rəyi və 2026-cı ilin dövlət büdcəsinin cari icrası ilə bağlı hesabat müzakirə ediləcək.
Qeyd edək ki, növbədənkənar sessiya 82 deputatın tələbi ilə Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən çağırılır.













