Dövlət bankı Azər Türk Bank ölkə Prezidentinin “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi barədə sərəncamından sonra bu sənəddən irəli gələn məsələlərin həlli istiqamətində görülən işlərə özünün sosial layihələri ilə töhfə verməkdədir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunun bariz nümunələrindən biri də Azər Türk Bankda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar növbəti sosial layihə -- talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyasının həyata keçirilməsidir. Bankın əməkdaşları könüllü olaraq aksiyada iştirak etmişlər.
Tədbirin yüksək səviyyədə baş tutmasında “Respublika Qan Bankı” publik hüquqi şəxsin tibb personalının da əməyi olub. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub və tibbi müayinədən sonra onlardan qan götürülüb.
Qeyd edək ki, bu kimi sosial layihələr yalnız humanitar təşəbbüs deyil, həm də uşaqların sağlam böyüməsi üçün Azərbaycanın gələcəyinə qoyulan strateji sərmayədir. Azər Türk Bank bu istiqamətdə səylərini davam etdirəcəkdir.





![Azər Türk Bankda qanvermə aksiyası - [red]KEÇİRİLİB[/red] | FED.az](upload/news/small/4557901.png)
![Azər Türk Bankda qanvermə aksiyası - [red]KEÇİRİLİB[/red] | FED.az](upload/news/small/1090571.png)
![Azər Türk Bankda qanvermə aksiyası - [red]KEÇİRİLİB[/red] | FED.az](upload/news/small/3446239.png)
![Azər Türk Bankda qanvermə aksiyası - [red]KEÇİRİLİB[/red] | FED.az](upload/news/small/3513840.png)









