Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın "Elektroprivreda Serbiya" (EPS) şirkəti arasında bu ölkənin Niş şəhərində qaz elektrik stansiyasının (QES) inkişafı, tikintisi və idarə edilməsi üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar.
Azərbaycan Banqladeşlə neft tədarükü müqaviləsi imzalayıb
FED.az xəbər verir ki, Serbiyanın "Elektroprivreda" şirkətindən məlumat veriblər.
Bildirilib ki, sənədi EPS şirkətinin baş direktoru Duşan Jivkoviç və SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakıda keçirilən Enerji Həftəsi çərçivəsində imzalayıblar.
Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç bildirib ki, iki şirkət arasında bu sənədin imzalanması Serbiyanın enerji təhlükəsizliyini əlavə olaraq möhkəmləndirəcək, enerji mənbələrinin diversifikasiyasına və yaşıl keçidə töhfə verəcək layihənin həyata keçirilməsində mühüm addımdır: "Məqsəd 2030-cu ildə quraşdırılmış gücü 500 MVt-a qədər olan yeni baza enerjisi istehsal gücünün şəbəkədə olmasıdır".
O vurğulayıb ki, SOCAR ilə əməkdaşlıq Serbiya və Azərbaycanın energetika sahəsində güclü tərəfdaşlığını təsdiqləyir və qarşılıqlı əhəmiyyət daşıyan yeni birgə layihələr üçün imkanlar açır.
Nazir vurğulayıb ki, bu layihə ilə EPS öz istehsal portfelinin transformasiyasını davam etdirir və vətəndaşların, iqtisadiyyatın elektrik enerjisi ilə sabit və etibarlı təchizatı üçün imkanlarını gücləndirir: "SOCAR ilə tərəfdaşlıq bizə Serbiyanın elektroenergetika sisteminin uzunmüddətli dayanıqlığına töhfə verəcək müasir enerji obyektini həyata keçirmək üçün təcrübə və resursları birləşdirməyə imkan verir". (Report)













