“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Səhmdarların növbəti Ümumi Yığıncağı 15 iyul 2026-cı il tarixdə, saat 12:00-da, Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu, Aviation Services Group-un inzibati binasında keçiriləcəkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
- Cəmiyyətin yeni Nizamnaməsinin təsdiqlənməsi;
- Cari fəaliyyətlə bağlı digər məsələlər.
Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallar səhmdarlara təqdim ediləcəkdir. Sənədlər üzrə məsul şəxs Quliyeva-İmranova R.Ə. təyin edilmişir.
Yaranan suallarla əlaqədar olaraq, qeyd olunan e-mail ünvanına - [email protected] müraciət etməyiniz xahiş olunur.















