Azərbaycanın «Enverson» şirkətinin Böyük Britaniyada bölməsi yaradılıb.
"İlk otelim yatırımı 7 ildə, ikinci 2 ilə çıxardı" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, həmin bölmədə ingilis və sair dillər tədris olunacaq.
Şirkətin təsisçisi Aslan Məmmədli FED.az-a bildirib ki «Enverson» şirkəti Azərbaycanda artıq 5 ildir fəaliyyət göstərir və təkcə fərdlərə deyil, həm də korperativ olaraq 10larla şirkətə ingilis dili və rus dili təlimləri verib. Lakin kursun yaradıcısı öz biznesini ölkə xaricində də inkişaf etdirməyi qərara alıb və Böyük Britaniyada «Enverson UK» şirkəti təsis edilib.
«Enverson UK» kursunda ingilis dili ana dili olmayan şəxslərə ingilis dili öyrədiləcək. Söhbət ölkəyə gələn çoxsaylı miqrantlardan və başqa şəxslərdən gedir.
A.Məmmədli bildirib ki, «Enverson UK» kursu Britaniyanın Devon qraflığında Plimut (Plymouth) şəhərində yerləşir. Qeyd edək ki, Plimut İngiltərənin cənub sahilində ən böyük şəhər sayılır, Londondan təxminən 2 saatlıq məsafədə yerləşən şəhərin əhalisi 250 min nəfərdir..
«Buranın seçilməsinində xüsüsi bir səbəbi var – Plimutda əhalinin 98%-i ingilislərdən ibarətdir. Məsələn, Londonda bir kafeyə girdikdə hər 10 nəfərdən 8i başqa ölkənin vətəndaşıdır və hər biri fərqli, xoş olmayan aksentlə danışır. Plymouthda isə əcnəbiləri görmək demək olar ki mümkün deyil»- deyə azərbaycanlı sahibkar dil kursu üçün nə üçün məhz bu şəhəri seçdiyini izah edir.
Azərbaycanlılar ilk dəfədir ki, İngiltərədə təhsil şirkətini təsis edir və dünyanın müxtəlif ölkələrindən tələbələr qəbul edəcək. «Enverson UK» kursunda tələbələrə qarşılama, qalma, yemək, gəzinti, müxtəlif sosial aktivliklər daxil ingilis dili tədris edilir. Qurulmuş proqram içərisində London, Cambridge, Oxford gəzintiləri planlanıb. Mərkəz eyni anda 30 nəfər tələbəyə xidmət göstərə bilir (qalması, qidalanması, təhsili və s.). Burada 2 müəllim,G 2 moderator və 1 nəzarətçisi olacaq. Hələlik «Enverson UK» 1 həftəlik və maksimum 6 aylıq kurslar üzrə müraciət etmək mümkündür, tədris iki fərqli yaş qrupu üzrə keçirilir - 12-18 yaş və 18-28 yaş.
Təsisiçinin sözlərinə görə, hazırda şirkətin İngiltərədə yalnız bir filialı fəaliyyətə başlayıb, ancaq növbəti 2 il ərzində onların sayı 4-ə çatacaq.
A.Məmmədli bildirib ki, kursun yaradılması üçün çox ciddi icazə prosesuru keçib. «Sadəcə icazə məsələləri 1 ildən çox vaxt alıb. Xidmət göstəriləcək tələbələrə viza sponsorluğu vermək, təhsil akkreditasiyası, təhlükəsizlik məsələləri, sığorta məsələləri, data təhlükəsizliyi və bu kimi bir çox məsələlər kifayət qədər vaxt aparıb».
Aslan Məmmədli bildirib ki, «Enverson UK» investisiya cəlb olunaraq ortaqlıqlarla ərsəyə gəlib. Bu biznesə yeni şəriklər də qoşula bilər: «İnvestorların istər Azərbaycanda, istərsə də İngiltərənin fərqli bölgələrində Enversonu françayzinq etmə təkliflərinə açığıq. UKdə françayzinq üçün 60 000 - 80 000 £ lazımdır. Rəqəmlər seçilmiş əraziyə görə dəyişə bilər».
İş adamı bildirib ki, bizneslə bağlı hədəfləri genişdir. Bunlardan ən əsası françayzinq üsulu ilə Bakıda filialları çoxaltmaqdır. Qeyd edək ki, kursun hazırda Bakıda və Sumqayıtda filialları mövcuddur.
Qeyd edək ki, Aslan Məmmədli - Qafqaz Universiteti dünya iqtisadiyyatı məzunudur. Universitet vaxtından tələbələrin problemlərinə fokuslanmış startuplarla məşğul olub. Ən son yəni Enversondan əvvəl Buqelemun adlı startupla təxminən 2400 iştirakçı arasından 1ci yerə layiq görülüb. Ardından isə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçirdiyi yarışda 2ci yerə layiq görülüb. 5 ildir ki Enverson qurulub və başqa bizneslə məşğul deyil.
Azərbaycanda «Enverson»u yaradarkən heç 1 qəpik də sərmayə qoymayıb. Ofis olmadığı üçün hər hansı bir şirkəti «Buqelemun»da reklam ediblər və əvəzində onun otağını istifadə ediblər. Tələbələri tapmaq üçün isə yenə də «Buqelemun»da elan verilib. Maraqlıdır ki, «Buqelemun» da heç bir sərmayə qoyulmadan yaradılıb.