Teymurilər dövləti Əmir Teymur tərəfindən əsası qoyulan, geniş bir coğrafiyaya hakim olan bir imperiya idi.
Teymur və ondan sonra hakimiyyətə gələn hökmdarlar (övladları) Teymurilər dövlətini siyasi, diplomatik, hərbi, təhsil və mədəniyyət və s. sahələrdə qurduqları dövlət orqanları vasitəsilə isdarə edirdilər.
Genişlənən sərhədlər və böyüyən dövlət daxilində olan qurum və təşkilatlar sayı artıqca orada çalışan məmurların sayı da artırdı.
Əmir Teymurun rüşvətxor və korrupsioner məmurları
Belə vəziyyətdə işlərini sürətli həll etmək istəyən insanlar nüfuz və saəlhiyyətlərindən istifadə edərək həmin qurumlarda çalışan çalışan məmurları qeyri-qanuni mənfəət əldə etməyə sövq edirdilər. Bu məcrada, ayrı-ayrı vəzirlər, ümumillikdə vəzirlik institutu Teymurilər dövlətində mənfəət əldə etmək üçün korrupsiyaya qurşanmışdılar.
"Bir qəhvənin 40 il xətri var"... - Türkiyənin nəsildən nəsilə keçən - AİLƏ ŞİRKƏTLƏRİ
Rüşvətxorluq Teymurilər dövlətinin qanunlarına görə cinayət idi. Bu əməli törətməyə görə vəzirlərlə yanaşı bir çox məmur cəzalandırılmış və vəzifədən uzaqlaşdırılmışdır. Rüşvət kimi hazırki dövrdə korrupsiya anlayışı ilə əhatə edilən bir sıra cinayət əməlləri (mənimsəmə, səlahiyyətdən sui-istifadə etmə) də Teymurilər arasında geniş yayılmışdı. Bu səbəbdən bu araşdırmada həm ayrıca rüşvət, həm də paralel olaraq digər korrupsiya halları da araşdırılır.
Teymuri dövrünün korrupsiya üsulları
Teymuri tarixi ilə əlaqəli mənbələrdə cəza və işdən qovulmaya səbəb olan rüşvət və korrupsiya hərəkətləri ümumiyyətlə rüşvət, (رشوه, ) pişkeş/hədiyyə (پیشکش) və ahz-u kayd (قید و اخز ) ifadələri ilə qeyd olunur. Bu araşdırmada məmurların, xüsusən də Teymuri vəzirlərinin aldıqları əmlak formaları, pul şəklində hədiyyələr, əmirlərin qanunsuz və ya haqsız olaraq insanlardan topladığı xəraclar və ən əsası Teymurdan sonrakı dövrdə dövlətin rəsmi ənənəsinə çevrilən, insanların günahlarının bağışlanması üçün xəzinəyə verdikləri "minnətdarlıq və ya təşəkkür" kimi rüşvət, korrupsiya faktını aşkar edərək rüşvət alan və ya verənlərə tətbiq olunan cəzalar araşdırılыб.
«Qiyamətə qədər» Nizami Gəncəviyə bağışlanan kənd və Fətəli xanın hədiyyəsi - BİZNES TARİXİ
Əmir Teymur dövründə rüşvət və korrupsiya faktları
Əmir Teymur avtoritar bir hökmdar idi. Özündən əvvəlki Çingiz qanunlarına ciddi riayət etməklə yanaşı, adət-ənənələrə və şəriət qaydalarına riayət edirdi. Teymur daxil olduğu şəhərlərdə şənliklər təşkil edir, bu əyləncə mərasimlərində əhaliyə car çəkərək zülm və haqsızlığa uğramış insanları haqlarını qorumağa çağırırdı (Ca'feri b Muhammed el-Huseyni, 2011; 45). Bu şəkildə insanlar şikayətlərini Əmir Teymura birbaşa səsləndirə bilirdilər. Bu vaxt şikayət əsasında rüşvət və pul tələb edən insanlar daha ağır cəzalandırılırdılar. Buna baxmayaraq rüşvət, mənimsəmə və korrupsiyanın qarşısını almaq mümkün olmadı.
«Bura mənim babamın olub!» - SOVETDƏN ƏVVƏLKİ ƏMLAK KİMİNDİR? - BİZNES TARİXİ
Rüşvətxor vəzirlər və xərac yığan əmirlər
İnsanlardan xərac yığan əmirlərlə yanaşı, mənimsəmə, rüşvət alma və ya iş görülməsi qarşılığında hədiyyə almaq faktları ən çox vəzirliklərdə yaşanırdı. Vəzirlikdə olanlar haqqında rüşvət və mənimsəmə söz -söhbətləri eşidildikdə, onlar barəsində araşdırma aparılır, qanunsuz əməl törətməsi sübut olunanlar cəzalandırılırdı. Bəzilərinin isə ya əmlakı müsadirə olunurdu, ya da onlar "təşəkkür dinarı" adı altında xəzinəyə külli miqdarda pul ödəyirdilər. Mənimsəmə və ya rüşvət halları qeyri-qanuni əməllər idi və cinayət hesab olunurdu. Buna görə bir-birini gözü götürməyən vəzifəli şəxslər rəqiblərini sıradan çıxarmağa və hökmdarın gözündən salmağa çalışırdılar. Bunun üçün onlar ilk növbədə böhtan ataraq qarşı tərəfin rüşvət aldığını yayırdılar. Ancaq bəzən araşdırmalarda belə faktların doğru olduğu hallar da mövcud idi.
İki okeanın araslnda - Amerikanı yarı bölən – PANAMA KANALININ TARİXİ
Əmir Teymur ilk korrupsioner vəziri dilənçiliklə cəzalandırdı
Teymuri hakimiyyəti dövründə korrupsiya və ya rüşvət ittihamına məruz qalan ilk vəzir Cəlal ül-İslam idi. Güclü bir vəzir olan Cəlal ül-İslamı, onun birlikdə işlədiyi Xacə Şərafəddin Əli Səmnani və Xacə Seyfəddin Tuninin gözü götürmürdü. Bu ədavətin nəticəsində adı keçən əmirlər Əmir Teymura təsir göstərmək üçün Cəlal ül-İslamın rüşvət aldığını və xalqın malını mənimsədiyini iddia etdilər. İddianın əsasını Bağdadda yaralanan və sonra da ölən Xacə Məsud Səmnaninin əmlakını vəzirin mənimsəməsi təşkil edirdi. Xacə Məsudun adamlarının da şahidliyi ilə vəzirin mühakimə olunması üçün Xacə Şərafəddin Əli Səmani Heratdan, Xacə Seyfəddin Tuni isə Səbzəvardan gələrək Təbrizdə divan qurdular. Bu divanda mühakimə edilən Cəlal ül-İslam təqsirli hesab edilərək əmlakı müsadirə edildi. Pulunu divana gətirmək şərtiylə dilənçilik etmək cəzası verildi. Bu ittiham və cəza qarşısında Cəlal ül-İslam təqsirsiz olduğuna inandırmaq üçün canından keçmək bahasına özünü bıçaqlasa da, yaralı olaraq qurtuldu. Bütün bu baş verənlər qarşılığında Teymur onu vəzir vəzifəsindən azad etdi. Ancaq heç kimin onu canına və malına qarışmamasını əmr etdi.
Günahkarlar xəzinəyə pul ödəyirdilər
Korrupsiya cinayətləri səbəbindən vəzirlik vəzifəsindən azad edilən bir digər Teymuri Əmiri də Kəmaləddin Mahmud Şəhab idi. O da vəzirlik vəzifəsinə təyin edildikdən sonra əhalinin malını mənimsədiyi səbəbi ilə mühakimə olunmuşdur. Xacə İsmayıl və Kəmaləddin Mahmud Şəhab rüşvət alma cinayətindən dolayı mühakimə olundular. Hər iki əmir təqsirli bilinərək dövlət xəzinəsinə 200 at verməklə vəzirlik vəzifəsindən azad edildilər.
Beyləqanın bərpasında korrupsiya – boyunları vuruldu
Digər bir korrupsiya faktı Beyləqan şəhərinin yenidən bərpa edilməsi ərəfəsində yaşanmışdır. Teymur vacib əhəmiyyətli bir şəhər olan Beyləqanın inşa əmrini verdiyi dövrdə Şirazda divan bəyi olan Mövlana Qutbəddin Kumiyə məhsulları toplamaq və hesabları bağlaması vəzifəsi tapşırılmışdı (1403). Mövlana Kudbeddin Kumi verilən əmri yerinə yetirdi, lakin şəhər əhalisinə zülm etməyə başladı. (Havafi; 1339:3/148) Şəhər əhalisindən və tacirlərdən zorla xərac toplamağa başladı. O, Teymura peşkəş, hədiyyə göndərmək üçün əhalidən 300 000 kəpək dinarı topladı.
Şiraz əhalisi Kudbəddin Kuminin haqsız xərac və rüşvət toplamasına səssiz qalmadı. Beləliklə, yaşanan hadisə Teymura çatdırıldı. Teymur vəziyyəti araşdırmaq üçün Əmirzadə Məhəmmədi Şiraza göndərdi. Bundan əlavə, bu işdə əli olan başda Mövlana Kutbəddin Kumi olmaqla onun xərac toplamağına köməklik edən və malların bir qismini bölüşən Dərviş Allahi tutdurub ayağına qandal vuraraq topladıqları pulları Şiraz əhalisinə geri qaytarmağı əmr etdi. Burada rüşvət və xərac işində adları çəkilən Mövlana Kutbəddin başda olmaqla digər bütün vergi məmurlarını əhalinin gözünün önünə - şəhərin köhnə məscidinə topladılar. İşdə əli olan vergi məmurlarının boynu vuruldu. 28 noyabr 1403-cü ildə Mövlana Kutbəddin qandallanmış və dirəyə bağlanmış şəkil əhalinin gözü önünə gətirildi. Mövlana Səid hündür bir yerə yer olan minbərə çıxaraq Teymurun xalqdan zorla pul toplayanların ayağına qandal vurularaq cəzalandırılması fermanını oxudu. Hadisədən razı qalan əhali Teymura alqış etdi. Zorla toplanan pullar təxminən 2 ay ərzində Şiraz əhalisinə geri qaytarıldı. Mövlana Kutbəddin cəzalandırılmaq üçün Mirzə Məhəmməd tərəfindən Səmərqəndə göndərildi.
Boş qalan xəzinə üçün varlılardan pul yığılırdı
Baş verən hadisələr zülm və haqsızlık edən idarəçilərin dövlət tərəfindən cəzalandırılacağına əhalinin ümidləri artsa da, bəzi oxşar hadisələrdə məsul şəxslər cəzasız qalmışdır. Məsələn, Teymurdan sonrakı dövrdə Azərbaycanda Mirzə Əbubəkir və Mirzə Ömərin mübarizəsi zamanı Təbrizdən zorla xərac toplandığı mənbələrdə öz əksini tapmışdır. Mizrə Ömər Sultaniyyədəki xəzinənin məhv olmasında sonra yanındakı yüksək vəzifəli Teymurlu əmirləri Mirzə Əbubəkir ilə mübarizədə orduya pul lazım olduğunu bildirdilər. Bunun üçün onu şəhər əhalisinin varlı təbəqəsindən pul toplamağa təhrik etdilər. Bundan sonra Mirzə Ömər Bayan Kaçvin və Şeyx Hüsrəvşahini Təbrizə göndərdi. Əmirlər burada iki gün ərzində güc tətbiq edərək 200 tümən xəracı əhalidən topladı. (Kemaleddin Abdurazzak Samarkand, 1372 211/32; Hafiz Ebru 1380 3/67, Händmir, 1355 343, Hasan-Rumlu, 2006 34 Aumah, 1387117 )
200 tümən məbləğində rüşvət və xəzinədən oğurluq
Mirzə Şahrux dövründə rüşvət və korrupsiya hadisələri (1405-1447)
Teymurilər dövründə bənzər hadisələr Şahruxun dövründə və ondan sonrakı dövrlərdə də yaşanmışdı. Şahruxun dövründə ilk rüşvət və mənimsəmə hadisəsi vəzir Seyid Fəxrəddin Məhəmmədin adı ilə bağlıdır. Seyid Fəxrəddin Məhəmmədin dövlət xəzinəsindən pul mənimsəməsi xəbərini eşidən Şahrux dərhal hərəkətə keçdi. Bu hadisənin doğru olub-olmadığına əmin olmaq və vəziyyəti araşdırmaq üçün oğlu Mirzə Baysunquru təlimatlandırdı. Mirzə Baysunqur araşdırmasında adı keçən vəzirin xəzinədən pul mənimsədiyini və rüşvət aldığını müəyyən etdi. Baysunqurun araşdırmaları zamanı Əmir Ələddin Əli Şəkani vəzirin pul mənimsədiyini eyni zamanda rüşvət aldığınına şahidlik edərək vəzirə 200 tümən rüşvət verdiyini bildirdi. Dövrün qaynaqlarında da əks olunan bu hadisədə vəzir Seyid rüşvətlə yanaşı, xəzinədən 300 tümən pulu mənimsədiyi Mirzə Baysungur tərəfindən təsbit edildi və vəziyyət Şahruxa bildirildi. Şahrux 1406-1407-ci ildə vəziri vəzifəsindən azad etdi.(Hafiz-i Ebru, 1380 2/654). Ancaq bu vəzir bir neçə dəfə vəzifəyə gətirildi və 1417-ci ildə yenidən vəzifədən kənarlaşdırıldı (Haval 1339 3/186, 202, 224-225, Alain, 2005 203: Yağ 2024 245-245).
Korrupsiya intriqaları – 10 illik cəza
İkinci bir korrupsiya və rüşvət iddiası Xacə Qiyasəddin Salar Semnaninin adı ilə bağlı olmuşdur. Teymurilərin müvəffəqiyyətli vəzirlərindən biri olan Xacə Qiyasəddin Salar Semnani maliyyə tənzimləmələrinin qeyd etilməsi, hesabatların verilməsi ənənəsini ilk quran oldu. Ancaq çox tələbkar olması və xalqa ağır vergilər tətbiq etməsi ona qarşı mövqe tutulmasına səbəb oldu. Bundan əlavə bürokrat rəqibləri onun əleyhinə çalışmaqdaydılar. (Xandəmir, 1380 3/567).
Bunlardan biri də Seyid Fəxrəddin Məhəmməd idi. Seyid Fəxrəddin Məhəmmədin vəzirə olan ədavətinin səbəbi bir zamanlar Qiyasəddin Səmaninin onun rüşvət iddialarına mənfi rəy verməsi və vəzifədən kənarlaşdırılmasında rol oynaması olmuşdur. Ancaq bu dəfə dövran tərsinə dönmüşdü. Seyid Fəxrəddin Məhəmməd vəzirin adamları ilə birlikdə 300 tümən rüşvət alıb mənimsədiklərini iddia edib, məclisdə bunu sübuta yetirərək vəzirin 1417-ci ildə vəzifəsindən 10 illik kənarladırılmasını bacardı və bunun cəzasını canı ilə ödədi. (Xandəmir, 1355, 344. -345, Häfiz –i Ebrü, 1380 4/928, Kemaleddin Abdurrezzak Samarkand, 1372: 2 (11/240)
Ən böyük korrupsiya faklarını Feruzşahın adamları törədib
Mirzə Şahrux dövrünün ən irimiqyaslı korrupsiya fakları Əmir Cəlaləddin Feruzşahın adamlarının törətdikləri əməllər idi. Şahrux dövründə Alike Külektaşdan sonra əmir ül-üməra vəzifəsinə gətirilən Feruzşah dövlətin üst səviyyəsinə və şəhərlərə idarəçi təyin edilməsi böyük tarixi hadisələrdən idi. Ancaq onun geniş səlahiyyətlərə malik olması və bir çox təyinatlarda təsirinin olması zamanla təyin olunmasında rol oynadığı adamların qanunsuz hərəkətlərinin onun adına yazılmasına səbəb olmuşdur. (Ando, 1992 150, 152)., Hasan-Rumlu, 1384 1/407). İlk olaraq Şahrux Bəlxdən Herata ardıcıl 3 il üst-üstə gələn vergi gəlirlərinin böyük məbləğdə azalmasından şübhələndi. Buna görə həmin il Bəlx şəhərinin rəhbərliyinə başlayanda Seyid İmadəddin Mahmud Cənabedinə gəlirlərin azalmasının səbəbini araşdırmağı əmr etdi. Seyid İmadəddin Mahmud Cənabedi Şahruxa qısa bir araşdırma nəticəsində Feruzşahın adamlarının bəzi qanun pozuntularını törətdiklərini bildirdi. Bundan sonra Şahrux Bəlx yaxınlığında olan oğlu Mirzə Cuki ilə baş verən korrupsiyanı cinayətini araşdırmağı tapşırdı.
Xəzinədən külli miqdarda pul mənimsənilmişdi
Mirzə Cuki Bəlxdə son üç ilin gəlirlərini və kitablarını yoxlayaraq xəzinədən külli miqdarda pulun mənimsənildiyini aşkar etdi. Mirzə Cuki Feruzşahın adamlarının iri miqyaslı korrupsiya əməlini törətdiyini təsbit etdi və Feruzşahın xəbəri olmadan bu işin edilə bilməyəcəyinə bildirdi. 1444 -cü ildə Mirzə Cüki Seyid İmadəddinlə birlikdə Bəlxdən Herata gəldi. Şahruxa vergi gəlirlərinin kəskin şəkildə azalmasının səbəbinin Feruzşahın qohumları və işə təyin etdiyi adamlarının ağır korrupsiya cinayətləri törətmələrindən qaynaqlandığını bildirdi. Bundan sonra Şahruh Feruzşahın bu pozuntulardan xəbərdar olub-olmadığını və ya bu işlə məşğul olub-olmadığını öyrənmək üçün Feruzşahın da iştirak etdiyi bir yığıncaqda adamlarının baş verən cinayət hadisələri ilə əlaqəsinin olub-olmadığını soruşdu. Bundan inciyən Feruzşah məclisi tərk etdi və bir neçə gün məclisə gəlmədi (Həndmir, 1355 363). Bundan sonra Şahrux Mövlana Yaqub عقوب مولانا –ilə ona bir məktub göndərdi. Şahrux məktubunda Divan yığıncaqlarına incidiyi üçünmü gəlmədiyini soruşduqdan sonra onun üçün hələlik bir tədbir görmədiyini amma Bəlxdə adamların korrupsiyaya qurşandığını, özbaşına divandan çıxmamasının qanunsuz olduğunu, Hökmdarın qəzəbindən qorxmağı və s. yazmışdı. Ancaq aparılan araşdırma nəticəsində Əmir Feruzşahın vəzifəyə təyin etdiyi adamların törətdikləri korrupsiya cinayətləri ortaya çıxsa da əmirin həmin cinayət əməllərini adamları ilə birbaşa və ya dolayı yolla birlikdə törədib-törətməməsi məlum olmamışdır. Belə ki, dövrün qaynaqlarında bu haqda Feruzşaha verilən hər hansı bir cəzaya rast gəlinməmişdir. (Kemaleddin Abdurrezzak Səmərqənd 1372 2121/565-566,Xandəmir. 1380 3/633). Araşdırma nəticəsində Emir Firuzşahın hakimiyyətdən uzaqlaşdırılmasının korrupsiya olduğu təsdiqlənsə də, əmir adamları ilə birbaşa və ya dolayısı ilə korrupsiyaya qarışmış olduqlarını və ya dolayı yollarla birlikdə hərəkət edib-etmədikləri müəyyən edilə bilmədi. Belə ki, dövrün mənbələrində Bununla bağlı Firuzşaha heç bir cəza verilməyib. (Alan, 2015. 235-236, Şahin, 2015 450).
«Təşəkkür» adı ilə büdcəyə ödənilən rüşvət də olub
Mirzə Əbu Səid (1451-1469), Hüseyn Baykarada (1470-1506) və Sonrakı Dövrdə Rüşvət və Korrupsiya Hadisələri
Teymurilərdə müəyyən vəzifələrə gələnlər, xüsusən də vəzir vəzifəsinə gələnlər cinayət İttihamı irəli sürüldükdə vəzifələrindən uzaqlaşdırılır və ya onlara qarşı cinayət ittihamı irəli sürülsə belə eyni vəzifəni davam etdirə bilirdilər. Bunun üçün xəzinəyə “təşəkkür dinarı” adı altında xərac ödəyirdilər. Bu hərəkətdə əslində rüşvət idi. Lakin bunun üçün cəza nəzərdə tutulmamışdı və təqsir hesab olunmurdu. Məsələn, Teymuri Sultan Əbu Səid dövründə divanda katiblik vəzifəsini tutan məmur Xacə Məcdəddin Məhəmməd(s), Hüseyn Bəyqaranın dövründə vəzir vəzifəsinə yüksəldi. Əslində 1474-cü ildə Hüseyin Bəyqara, Xacə Eftaləddin Məhəmməd Kirmanini vəzir vəzifəsinə gətirdi. Eftallədin və Nizamülmülk birləşərək intriqa ilə Xacə Məcdəddin Məhəmmədi Sultanın gözün salmağa çalışdılar. Vəzir haqqında gəzən korrupsiya dedi-qodularına görə mühakimə olundu və günahsız olduğu bəlli oldu. Buna baxmayaraq Sultan tərəfindən vəzifəsindən kənarlaşdırıldı. Sultan eyni zamanda altı min məbləğində dinarın minnətdarlıq və təşəkkür göstəricisi olaraq xəzinəyə verməsini əmr etdi. (Xandəmir, 1355 404, Gazi Zahiruddin Muhammed Babur, 1970 2/276-277: Aka, 2014: 145).
Əbu Səid dövründə korrupsiyada günahlandırılan başqa bir vəzir Xacə Qütbəddin Tavus idi (Xandəmir 1380 4/328) . Kənd təsərrüfatı və memarlıq sahəsində Düsturu'l-vüzerada etdiyi işlər haqqında ətraflı məlumat verilir (Xandəmir, 1355 380-390). Sonradan Xacə Qütbəddin Tavus da mühakimə olundu, həbs olundu və xəzinəyə 300 min kəpək dinar verməyə məhkum edildi. (1463). 21/1034; Mirhånd, 1270 167)
«Xalqdan bir qədər rüşvət alan vəzir Şəmsəddin vəzifə üzüyünü sultanın oturduğu döşək üzərinə qoydu»
Pul mənimsəyən və ya rüşvət alan Xacə Qütbəddin iş yoldaşlarından biri olan başqa bir məmur Xacə Şəmsəddin Məhəmməd idi. İşlədiyi Xacə Nemətullah Kuhistani əhalidən rüşvət aldığına və xəzinədən mənimsədiyinə görə Mirzə Ebu Səidə şikayət etdi. Şikayəti əldə etdikdən sonra Ebu Said lazımi araşdırmaya başladı və Xacə Şəmsəddin sorğu-sual edildi. Dindirmə nəticəsində vəzir Şəmsəddin xidmətlərinin qarşılığında xalqdan bir qədər rüşvət aldığını və heç bir halda dövlət xəzinəsindən pul mənimsəmədiyini bildirdi. Buna görə Əbu Səid onu əfv etdi və vəzir vəzifəsindən uzaqlaşdırdı. Uzaqladırıldıqdan sonra Şəmsəddin diz çökdü və vəzifə nişan üzüyünü sultanın oturduğu döşək üzərinə qoydu və geri çəkildi (Handmir, 1355: 368; eyni müəllif, 1380 483, Kemaleddin Abdurrezz Semerkandi, 1372: 2 (2) )/926-927, Həsən-i Rumlu, 1384: 2/635;
Əkinə yararlı torpaqları ələ keçirən Xacə Nemətullah Kuhistani
Xacə Şəmsəddinin rüşvət almağını üzə çıxaran Xacə Nemətullah Kuhistani bir vaxtda özü oxşar ittihamla mühakimə olundu. O, Heratda vəzirlik edərək Fuşenc ətrafındakı yararlı torpaqları olan 15 kənd üzərində təsərrüfata üstünlük verdi. Özü üçün o vilayəti zəbt etmə həvəsinə düşdü. Lakin çox keçmədən Əbu Səidə vəziyyət şikayət edilincə mirzə onu vəzirlik vəzifəsindən azad etdi. (1406) (XandəmirŞ 1355: 375-376). Hətta şallaq cəzası verildikdən bir müddət sonra həbsə atıldı və xəzinəyə bir məbləğ ödəniş etmək ilə cəzalandırıldı. Eyni tarixlərdə azad edilən digər bir vəzir isə Xacə İsmayıl Xocanı idi. O divanın əmlakını mənimsədiyi üçün Əbu Səid tərəfindən vəzirlikdən atıldı.
Əbu Səid zamanında vəzirlik vəzifəsində Xacə Kelanter Keş və Xacə Əli Əmir var idi. Bu iki nəfər xalqı soyaraq vəqf, məscid və mədrəsə kimi yerlərin pullarını mənimsəyirdilər. Dövlətin zəifləməyə başladığı Əbu Səid dövründə digər bir korrupsiya hadisəsi ilə günahlandırılan yenə vəzirlik vəzifəsindəki Xacə Muizeddin Şirazi idi. Vəzifəsini həyata keçirərkən öz adına xalqdan böyük məbləğdə pul toplamışdı. Əbu Səid 1468-ci ildə əl və boynundan bağlanaraq qaynar suya atılmasını əmr etmişdir.
Məmur ailəsindən gələn Xacə Vəcihüddin Mahmud İsmayıl Səmnani, Əbu Babur Mirzə dönəminin vəzirlərindəndir. Xacə Vecihüddin adı keçən mizrənin ölümündən sonra onun oğlu Şah Mahmuda da vəzirlik etmişdir. Daha sonra isə Mirzə Alaüddevvlənin oğlu İbrahimin vəzirlik məqamında göründü. Ancaq vəzir Mirzə İbrahimin vezarətinə təyin olunduqdan sonra onun “ahz-u kayd” aludəçisi oldu. Yəni mülkiyyətinə mal və mülk keçirmə vərdişi yarandı. Ağır işgəncələrə məruz qalan vəzirin qəribə bir sonu oldu. Mirzə İbrahimin əmri ilə tutulan vəzirə yenə eyni vəzirlə Fuşencde başı çöldə qalacaq şəkildə bədəninin tamamı torpağa basdırıldı. Mirzə İbrahim vəzir Xacə Vecihuddin torpağın xaricində qalan boynuna ox vuraraq onu rüşvət və mənimsəmə günahına görə öldürdü.(Xandəmir, 1355:364)
Hüseyn Bəyqara rüşvət alan məmurları asırdı
Hüseyn Bəyqara dövründə rüşvət, mənimsəmə və bu kimi cinayətlərlə mühakimə olunan yaxud dövlət adamlarının çıxarları üçün rəqiblərini kənarlaşdırmaq üçün böhtanlar nəticəsində vəzifədən kənarladırılan və cəzalandırılan bəzi dövlət adamları var idi. Bunlardan birincisi Xacə Seyfəddin Muzaffər Şebankare idi. Xacə Şebankare də böhtanlara məruz qalmışdır. Beləliklə onun bu vəziyyətini gözü götürməyən digər vəziri mirzənin gözündən salmağa çalışılırdılar. Bunlar Hüseyn Bəyqaraya vəzirin taxtı ələ keçirməyə çalışdığını və mülkiyyətinə qanunsuz olaraq pul keçirdiyini iləri sürmüşlər. Bundan sonra Xacə Şebankare vəzirlik vəzifəsindən kənarlaşdırılıb həbsə atıldıqdan sonra qapısında asılıb öldürülmüşdür.
Əlişir Nəvainin dostu da korrupsioner olub
Eyni gün Çehar Sog qapısında edam edilən digər bir vəzir isə Xacə Əliəddin Əli idi. Vəzifəyə başladıqda yardımsevər olan vəzir sonradan xalqa zülm etməyə, əhalinin pul və əmlakını özününküləşdirməyə başladı. Hətta bu mövzuda ona kömək olan və onun yüksəlməsində böyük təsiri olan Əlişir Nəvai bir müddət sonra ondan üz çevirməyə başladı. Ən sonunda Hüseyn Bəyqara onu vəzifəsindən kənarlaşdırıb mühakimə etdikdən, böyük məbləğdə dinarı saraya qaytardıqdan sonra həbsə atılmış və çox keçmədən Xacə Şebankare ilə birlikdə edama məhkum olunmuşdur. Hafız Muineddin Xəlifə də rüşvəttən dolayı edam edilən Hüseyn Bəyqara zamanının vəzirlərindəndir. Həmin vəzir rüşvət və mənimsəmə kimi vəzifəyə uyğun olmayan davranışlarından dolayı 1492-ci ildə Xiyabanda edam olunmuşdur.
Əhaliyə zülm edən vəzirin cəsədini 3 gün gizlədiblər
Xacə Dərviş Əhməd Teymuri vəzirləri arasında ən pis ad-sana sahib idi. Xalqa zülm edirdi. Əhalidən rüşvət toplayan vəzir məqsədinə çata bilmədiyi təqdirdə daha çox zülm edirdi. Belə ki, bir çox insan onun etdiyi əməllərə görə ağır itkilər verərək zərər etmişdir. Hüseyn Bəyqaradan sonra (1506) Teymuri iqtidarındakı çox hakimiyyətlilik Xacə Dərvişin rüşvət, xərac və zülmün artırmasına səbəb oldu. Lakin onun törətdiyi qanunsuz əməllər cəzasız qalmadı. Beləliklə, Xacə Dərviş 1507-ci ildə Yusif Əli Külektaşın qardaşı Tarhani tərəfindən öldürüldü. Xalqa o qədər ziyan vurduğu üçün cəsədi üç gün tövlədə gizlədildi. İnsanların onun bədənini parçalara ayıracaqlarından narahat olduqları üçün gecə gizlicə dəfn etdilər.
Teymurilər dövründə xəzinədən oğurluqlar, rüşvət və qanunsuz varlanma
Teymurilər dövlətinin qanunlarına zidd hərəkət edən bürokratlara rəsmi maaşları verilsə də, onlar bununla qane olmur, qanunsuz qazanc əldə etməyə çalışırdılar. Rüşvət, mal və pulu korrupsiya yolu ilə mənimsəyən bürokratların tamahkarlığı bəzən onların sonunu gətirirdi.
Haqları olmayan pulları və malları əldə etməyə çalışan bürokratlar, ümumiyyətlə ya xalqdan məcburi şəkildə alır, ya da vergilərdən başqa dövlət xəzinəsindən fondlar, məscidlər və mədrəsələr kimi qurumlara pul yığmaq adı altında alırdılar. Onlar öz adlarından gəlirlərindən mal və pul oğurlayaraq korrupsiya cinayətləri törətmişlər. Bəzən məmurlar günahını bağışlamaq üçün rüşvət almışlar.
Teymuri məmurları arasında ən çox korrupsiya əməlləri törədənlər vəzirlər, ikinci yerdə əmirlər idi.
Vəzir təbəqəsinin yüksək dərəcədə korrupsiya cinayəti törətməsinin və rüşvət almasının ən əsas səbəbi dövlətin gəlir, xərc və hesab qeydiyyatı işlərinin onlara aid olmasıdır. Yən onlar maliyyə bürokratiyasının birinci vəzifəli şəxsləri idi. Rüşvət və korrupsiya ilə məşğul olan bürokratların cinayətləri açıldıqda ilk növbədə vəzifələrindən uzaqlaşdırılırdılar. Sonra mühakimə olunduqda və cinayətləri sübuta yetirildikdə, mülkləri müsadirə edilirdi. Etdikləri əməlin vurduğu ziyan ödənilirdi. Sonra həmin şəxs ya işgəncəyə məruz qalır, ya da edam edilirdi. Öldürülür və ya həbs olunaraq cəzalandırılırdı. Bəzən həbsdə olanlar azad olmaq üçün "minnətdarlıq və ya təşəkkür dinarı" adı ilə dövlət xəzinəsinə müəyyən bir məbləğ ödəyərək azad edilirdilər. Əlbəttə rüşvət alanların ağır bir şəkildə cəzalandırılması, dövlət məmurları arasında rəqiblərini sıradan çıxarmaq üçün rüşvət və korrupsiya ilə ittiham etməkləri Teymurilərdə əsas üsullardan biri idi.
Müəllif: Hasan Taşkıran
Bitlis Eren Univeristeti elmi işçi
Türk dilindən tərcümə edən:
Pərviz Məmmədov