"Ferrum Kapital" 1 milyon manatlıq istiqraz buraxır.
FED.az bu barəd şirkətin emissiya prospektinə istinadən xəbər verir.
İstiqrazların hər biri 1 000 manat olan 1 000 (bir min) ədəd faizli, təmin edilməmiş, sənədiz, adlı istiqrazlardır.
Gəlirlilik illik 12,5% təşkil edir.
İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 24 ay müddətində ildə günlərin sayı 360 və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə) hər 3 təqvim ayından bir ödənilir.
Anterrayder "Paşa Kapital İnvestisiya Şirkəti" QSC-dir.