“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) "Bakı Fond Birjası" QSC-də (BFB) 100 milyon manatlıq istiqraz yerləşdirməyə hazırlaşır.
FED.az bu barədə bankın qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.
Sənədə əsasən, bank hər birinin nominal dəyəri 1 000 manat olan 100 000 ədəd, yəni 100 milyon manatlıq faizli, sənədsiz, adlı, təminatsız istiqraz buraxacaq.
Qiymətli kağızlar tədavül müddəti 2 ildir.
İstiqrazların illik gəlirliliyi 11 %-dir.
İstiqrazlar üzrə ödənilməli olan faizlər istiqrazların tədavül müddətində (buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 24 ay müddətində ildə günlərin sayı 360 və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə) hər 3 təqvim ayından bir ödənilir.
Ödəniş tarixi qeyri-iş gününə təsadüf etdikdə, faiz ödənişi növbəti ilk iş günü ödənilir. Ödənişlər bank hesabları vasitəsilə nağdsız qaydada həyata keçirilir. İstiqrazların nominal dəyəri sonuncu faiz ödənişi ilə birlikdə ödəniləcəkdir
Anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.