İnvestorlar Yaxın Şərqdəki geosiyasi vəziyyət fonunda risklərdən qaçırlar. Bu səsəbdən də dollar major valyutalar qarşısında öz mövqeylərini qorumaqda davam edir.
EURUSD və GBPUSD məzənnələri ötən günü artımla tamamlasalar da, bugün ticarət sessiyasına enişlə başlayıblar. Hal-hazırda EURUSD 1.0574, GBPUSD isə 1.2130 səviyyələrində ticarət olunurlar.
Dünən Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavel bildirdi ki, FED rəsmiləri sərt monetar siyasətin iqtisadiyyata və inflyasiya təsirlərini ölçə bilmək üçün gözləmə mövqeyinə çəkilməyə üstünlük verib.
Bugün Böyük Britaniyadan və Kanadadan açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Almaniyadan İstehsal Qiymətlər İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas hadisələrdir.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.