Ev təsərrüfatları və bizneslər üçün maliyyələşdirmə xərclərinə birbaşa təsir edən ABŞ Xəzinədarlığının uzunmüddətli dövlət istiqrazlarının gəlirlərinin artması fonunda, dollar bir qədər öz mövqeylərini itirib. FED numayəndələri bir gün əvvəl mövcud vəziyyətin FED-in faiz dərəcəsini daha da artırmağına mane ola biləcəyini bildirdilər.
Həmçinin investorlar İsrail və “Həmas” qrupu arasındakı münaqişəni diqqətlə izləyirlər. Gərginliyin davam etməsi birjalara birbaşa təsir göstərir.
Bugün Almaniyadan açıqlanacaq İstehlak Qiymətləri İndeksi, ABŞ-da dərc olunacaq İstehsal Qiymətləri İndeksi, Türkiyədən Pərakəndə Satış Dövriyyəsinin həcmi kimi önəmli iqtisadi göstəricilər investorların marağla gözlədikləri xəbərlərdir.
Həmçinin çərşənbə günü, FEDin pul-kredit siyasəti ilə bağlı planlarına dair əlavə ipuçlarını ehtiva edə bilən "FOMC"-un sentyabr iclasının protokolları açıqlanacaq. Qeyd edək ki, sentyabrdakı toplantının ardından FED ilin sonuna qədər daha bir faiz artımına gedəcəyinə dair ehtimallar güclənmişdi.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.