Dünən Amerikadan statistik məlumatların dərcindən sonra dollar avro və yen qarşısında ucuzlaşmağa davam edib. Hal-hazırda EURUSD və USDJPY valyuta məzənnələri müvafiq olaraq 1.0540 və 148.78 səviyyələrində ticarət olunullar.
Yapon yenindən qazanc imkanı - 11 ayda ilk dəfə 1 dollar 150 yendən bahadır
Həmçinin ABŞ-da 30 sentyabrda bitən həftə üçün işsizlik müavinəti üçün müraciətlərin sayı 2 min artaraq 207 minə yüksəldi. Analitiklər göstəricinin 210 min olacağını proqnozlaşdırmışdılar.
Bundan əlavə, Amerikada ticarət balansının mənfi saldosu iyul ayı ilə müqayisədə avqust ayında 6.4 milyard dollar və ya 9.9% azalaraq 58.3 milyard dollar təşkil edib. Ekspertlər ticarət saldosunun mənfi 62.3 milyard dollar təşkil edəcəyini proqnoz edirdilər.
Bugün treyderlər ABŞ-ın Əmək Departamentinin ölkədə əmək bazarı ilə bağlı dərc edəcəyi məlumatları qiymətləndirəcəklər. Amerikada sentyabr ayında İşsizlik Səviyyəsinin 3.8%-dən 3.7%-ə enəcəyi, iqtisadiyyatın Qeyri-kənd Təsərrüfat sahəsində məşğul olanların sayının isə 170 min nəfər artacağı gözlənilir. Statistikalar treyderlərə ABŞ Federal Ehtiyatlar Sisteminin növbəti mümkün hərəkətlərini proqnoz etməyə imkan verəcək.
Məlumat InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.