2 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2127024704 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı - HƏFTƏLİK ANALİZ
FED.az xəbər verir ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 9,556.2705 (9.95%) manat və 9,618.4675 (8.5%) manat olan 10 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 88 milyon 960 min manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,597.7887 (8.98%) manat və orta ölçülmüş qiyməti isə 9,602.7654 (8.86%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20 milyon manat təşkil etmişdir.
Notların ödəmə tarixi 17.01.2024-cü ildir.
XXX
2 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2125024706 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 9,936.6264 (8.2%) manat və 9,948.2376 (6.69%) manat olan 10 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 81 milyon 700 min manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,947.5433 (6.78%) manat və orta ölçülmüş qiyməti 9,947.6300 (6.77%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20 milyon manat təşkil etmişdir.
Notların ödəmə tarixi 30.08.2023-cü ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.