Süni intellektlə əlaqəli yüksək həcmli borc və gərgin daxili bazarlarla üzləşən ABŞ şirkətləri likvidlik və cəlbedici şərtlər səbəbindən Avropanın istiqraz bazarlarına üz tutublar.
FED.az xəbər verir ki, ABŞ-ın iri şirkətləri ABŞ-da cəlb edə bilmədikləri vəsaiti Avropadan almağa çalışırlar. Nəticədə Amazon özünün ilk funt sterlinq istiqrazlarını, Uber isə ilk avro istiqrazlarını təqdim edib.
ABŞ-dakı süni intellekt yarışı elə həddə gəlib çatıb ki, artıq ənənəvi şirkətlər öz istiqrazlarını satı bilmirlər. Buna səbəb süni intellekt şirkətlərinin öz istiqrazlarını satmaq üçün daha yüksək faiz təklif etməsidir.
Nəticədə bu şirkətlərin istiqrazları diər şirkətləri bazardan çıxarıb, onların əlindən ABŞ Xəzinədarlığı da öz istiqrazlarını sata bilmir, məcbur olub istiqraz faizlərini artırırlar.
Nəticədə ABŞ- şirkətləri Avropa bazarına üz tuturlar. Məsələn, «Amazon.com Inc» şirkəti özünün ilk funt sterlinq istiqrazını buraxmağı planlaşdırır, «Uber Technologies Inc» də avro bazarına daxil olub. Daha dörd şirkət onlara qoşulub. Bu, ilk dəfədir ki, bu qədər çox ABŞ şirkəti Avropada bir gündə istiqraz buraxır.
Təkcə sentyabrın 9-da bağlanan sövdələşmələrdən əvvəl, Avropa istiqraz bazarları bu il ABŞ-da yerləşən şirkətlərdən 149 milyard avro (173 milyard dollar) borc almışdı ki, bu da onu 2025-ci ildəki rekord illik məbləğdən sonra ikinci yerə qoyur.













