Xəbər verildiyi kimi, dövlət şirkəti olan «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC (ASCO) ilk dəfə olaraq dollarla istiqrazlarını təqdim edib.
"ASCO istiqrazları”nın təqdimat mərasimi - KEÇİRİLİB
FED.az-ın məlumatına görə, ümumi məbləği 100 milyon dollar olan istiqrazların 5 illik müddətə buraxılıb, onun illik gəlirliyi dollarda 6%-dir. Faizlər ildə 2 dəfə ödənilir. Emissiya çərçivəsində hər birinn nominal dəyəri 1000 dollar olan 100 min ədəd istiqrazın buraxılması nəzərdə tutulur.
"ASCO istiqrazları"nın gəliri yeni tipli böyük gəmilərin alınmasına yönəldiləcək
«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nın rəisi Rauf Vəliyev istiqraz buraxılışı, cəlb olunacaq vəsaitin istifadəsi və ASCO-nun planları ilə bağlı FED.az-ın suallarını cavablandırıb.
Rauf Vəliyev: "İnvestorlar demək olar ki, borcu olmayan şirkətin istiqrazlarını alacaq"
- Rauf müəllim, nəyə görə istiqrazın qiyməti 1000 dollar müəyyən edildi, məsələn 100 dollar olmadı? Bu məbləği müəyyən edəndə nə əsas götürüldü?
Dövlət şirkətinin rəhbəri: "Dedim ki, 2-ci il də zərərlə işləsək, istefa verəcəm"
- Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” – ASCO üçün yeni bir dövr, yeni bir mərhələ başlayır. Bildiyiniz kimi, 2013-cü ilin sonu, 2014-cü ildən etibarən ASCO brendi adı altında fəaliyyət göstərən «Xəzər Dəniz Gəmiçiliyi» Səhmdar Cəmiyyəti olaraq qarşısına bir çox hədəflər qoymuşdu və o hədəflərdən biri də günlərin bir günündə gəmiçiliyin qiymətli kağızlarının ictimaiyyətə, xalqa açıq elan olunması və satışa çıxarılması olubdur. İlkin olaraq, gələcək planlarımızı nəzərə alaraq gəmiçiliyin Müşahidə Şurası və Azərbaycan İnvestisiya Holdinqi (AİH) tərəfindən ASCO-nun təxminən 100 milyon dollar məbləğində qiymətli kağızların, iqtirazların buraxılışı barədə qərar qəbul edilmişdi. Buraxılış barədə qərar veriləndə müxtəlif variantlara baxılmışdı və ən optimal olaraq bir kağızın, bir istiqrazın 1000 dollar dəyərində müəyyənləşməsi barədə qərar verilmişdi. Biz hesab edirik ki, indiki halda bu, ən optimal, ən düzgün qərardır.
- Rauf müəllim, istiqrazlanın yerləşdirilməsindən əldə edilən vəsait, 100 milyon dollar hansı istiqamətdə xərclənəcək?
- Əlbəttə, istiqrazların buraxılması müəyyən məqsədlər üçün həyata keçirilir. Bizim Xəzər Dəniz Gəmiçiliyinin strateji inkişaf planı var, o plana uyğun olaraq yeni gəmilərin inşası, yeni bazarlara çıxış, yeni daşıma seqmentlərinə daxil olma barəsində bizim qarşımızda hədəflərimiz var. Bu hədəflərə çatmaq üçün də həmin vəsaitdən istifadə olunacaqdır. İstənilən halda həmin vəsait ciddi texniki-iqtisadi əsaslandırmalar əsasında hazırlanan layihələrə yatırılacaq. Bu da həm ASCO olaraq bizə, həm də bizim gələcək səhmdarlarımıza, potensial səhmdarlarımıza bir ümid, inam verəcək ki, onların yatırdıqları vəsait çox düzgün, effektiv və şəffaf idarə olunacaq.
- Rauf müəllim,gəmilərlə bağlı bağlı hansısa fikirləriniz varmı hədəflərdə, donanmanın həcminin, gəmilərin sayının artırılması və s.?
- Əlbəttə, mən qeyd etdiyim kimi, ASCO gəmiçilik şirkəti olaraq bizim fəaliyyətimiz gəmiçilik fəaliyyətidir, ona görə bu vəsait də gəmiçiliyin gələcək inkişafı, yeni gəmilərin tikintisi, yeni bazarlara girişlə əlaqədar olan layihələrə sərf olunacaq.
- Dediniz ki, Gəmiçilik yeni bazarlara çıxmağa hazırlaşır, söhbət hansı bazarlardan gedir? Çünki Xəzərdə kifayət qədər gəmilərinz var. Başqa hansı bazarlarda daha geniş təmsilçilik nəzərdə tutulur?
- Bildiyimiz kimi, əvvəlki illərdə Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyəti əsasən Xəzər dənizində fokuslanmışdı, amma gəmiçiliyin Müşahidə Şurasının, o cümlədən, ölkə başçımızın tapşırığına uyğun olaraq biz fəaliyyət coğrafiyamızı genişləndirməliyik, yeni seqmentlərə, yeni bazarlara daxil olmalıyıq. Bu da əlbəttə ilk növbədə, Xəzərdənkənar bir gəmiçiliyin fəaliyyətinin inkişafına yönəldilən layihələrə sərf olunacaq. Buna misal olaraq Qara dənizi, Aralıq dənizini, Baltik dənizini göstərə bilərəm.
Amma eynilə Xəzərdə də belə yeni gəmilərin inşasına, donanmamızın tərkibinin yenilənməsinə yönəlik tədbirlərimiz və planlarımız var. Ona görə də vəsaitlərin yeni gəmilərin inşası, o cümlədən, Bakı Gəmiqayırma Zavodunda yeni gəmilərin inşasına bu sərf olunması mümkündür.
- Rauf müəllim, istiqrazların buraxılmasından əvvəl Gəmiçilik Avropa Yenidənqurma və İnkişaf Bankından kredit cəlb edilməsi üçün danışıq aparırdı. İndi istiqrazlar buraxılır, Gəmiçilik yenə də Avropa Yenidənqurma Bankındən kredit almaq niyyətindədirmi? Yəni bu istiqrazların buraxılması səbəbindən AYİB-dan kredit almaq planı təxirə salınmayıb ki?
- Tədbirdən də eşitdiyiniz kimi, doğrudan da, Xəzər Dəniz Gəmiçiliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında ilkin razılaşma var, bank tərəfindən artıq mandat məktubu imzalanıbdır. Həmin bankdan Xəzər Dəniz Gəmiçiliyinin gələcək layihələrini maliyyələşdirmək üçün vəsait ayırmağa hazır olduğunu elan edib. Amma burada əlbəttə ki, tək bank deyil, eynilə gəmiçiliyin də müəyyən şərtləri var.
- Söhbət hansı şərtlərdən gedir?
- Məsələn, biz həmin kreditin dövlət zəmanəti olmadan, yəni birbaşa gəmiçiliyə güvənərək verilməsinin tərəfdarıyıq. Və bank da bunu qəbul edib - mandat məktubunda göstərilir ki, onlar dövlət zəmanəti tələb olunmadan Gəmiçiliyə 100 milyon dollar məbləğində və gələcəkdə daha çox vəsait krediti ayırmağa hazırdırlar. Amma yenə deyirəm, bu məbləğ hər bir layihə üzrə aparılan ciddi texniki-iqtisadi əsaslandırma əsasında qəbul olunan qərarlar üzrə bərpa olunacaq. Bizim üçün önəmli vəsaiti cəlb etmək deyil, bizim üçün ilk növbədə önəmli olan o vəsaitin effektiv riski az olan, gəlirlilik dərəcəsi yuxarı olan layihələrə yatırmaqdır ki, bu da nəticə etibarilə gəmiçiliyin dayanıqlı inkişafını təmin edən addımlardan biri kimi qiymətləndirilir.
- Rauf müəllim, Gəmiçilik istiqrazları illik 6%-lə buraxır və demək olar ki, bu vəsaiti ililk 6%-lə cəlb edir. Bəs Avropa Bankı gəmiçiliyə krediti hansı faizlə təklif edir?
- Çox sağ olun sualınıza görə. Faiz dərəcəsi ilə əlaqədar danışıqlarımız davam edir, mən hesab edirəm ki, yenə deyirəm, hələ son qərar qəbul olunmayıb, amma bizim gözləntimiz haradasa aşağı-yuxarı 5% ətrafında gözlənilir. Amma son qərar olmadığına görə mən bu barədə sizə dəqiq məlumat verə bilməyəcəm.
- Yəqin ki, Avropa Bankının təklif etdiyi faizlər istiqrazın faizindən yuxarı olmayacaq. Çünki onlar bilirlər ki, sizin bu şərtlərlə vəsait cəlb etmək imkanınız var, eləmi?
- Çox gözəl sual verdiniz və çox gözəl özünüz də cavab verdiniz.
- İstiqraz buraxılışı davm edəcəkmi, yoxsa yalnız 100 milyon dollardan ibarət olacaq?
- Bizim əslində Müşahidə Şurası tərəfindən 150 milyon dollarlıq istiqraz üçün qərarımız var. Yəni gələcəkdə 50 milyon dollarlıq istiqraz burazmaq imkanı var, amma bu vəziyyətdən və ehtiyaclardan asılı olacaq.
- Bəs gəmiçiliyin səhmlərinin satışıyla bağlı hər hansı plan varmı? Eləcə də istiqrazları necə əldə eləmək mümkün olacaq?
- İstiqrazların buraxılması və onların satışıyla bağlı kifayət qədər dəqiq məlumat verildi və əlavə məlumat almaq üçün saytımızdan da məlumatlar götürüləcək, bu işləri anderraytinq olaraq «PAŞA Kapital» koordinasiya eləyəcək. Bildiyiniz kimi, yəni sizə elan olunduğu kimi, abunə yazılışı 60 gün ərzində davam edəcək. İstiqrazlarımız həm hüquqi şəxslər, həm də fiziki şəxslər üçün nəzərdə tutulub. Yəni əlavə hər hansı bir sual olsa da, bizim xüsusi yaradılmış qaynar xəttimizdə, o cümlədən, saytımızda bu barədə məlumat veriləcək.
- Rauf müəllim, siz özünüz istiqrazları alacaqsınız? Çünki dollarla illik 6% sərfəli variantdır.
- Mənim çıxışımdan da yəqin ki, hiss etdiniz ki, bizim komanda, o cümlədən, bizim rəhəbərliyimiz bu işlərdən əmin olmasaydı, biz buna getməzdik. Biz tam əminik ki, bu istiqrazlar yaxşı istiqrazlar olacaq, alıcılara yaxşı gəlirlilik gətirəcək. Əlbəttə ki, onun ilk alıcılarından biri də mən olacam.