"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) istiqrazlarına pul yatıran investorlar demək olar ki, borcu olmayan şirkətin qiymətli kağızlarını alacaq".
Dövlət şirkətinin rəhbəri: "Dedim ki, 2-ci il də zərərlə işləsək, istefa verəcəm"
FED.az xəbər verir ki, bunu ASCO-nun istiqrazlarının təqdimat mərasimində qurumun sədri Rauf Vəliyev bildirib.
"ASCO-ya gələndə bir hədəfim var idi. O da qurumun IPO-ya getməsi idi. İstiqraz buraxılışı bu istiqamətdə ilk addımdır. Bilirdim ki, bu proses çətindir və bəlkə də biz o günü görməyəcəyik. Amma gələcək nəsillər görəcək. Amma şükürlər olsun ki, biz ilk mərhələni görə bildik və istiqrazları buraxdıq. Potensial investorlara mesajım budur ki, siz demək olar ki, borcu olmayan, proqnoz marjası 20 %, real marjası isə 30 % olan, borcunun kapitalına nisbəti 1%-dən aşağı olan, borcunun aktivlərinə nisbəti 40 % proqnozlaşdırıldığı halda 1%-dən aşağı olan şirkətin istiqrazlarını alırsınız", - deyə o qeyd edib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.