"Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyinə gələndə dedim ki, 1-ci il zərərlə işləyə bilərik, amma 2-ci il də zərərlə işləsək, istefa verəcəm".
FED az xəbər verir ki, bu barədə qurumun rəisi Rauf Vəliyev, ASCO-nun ilk istiqrazlarının təqdimatı mərasimində bildirdi.
"Amma şükürlər olsun ki maliyyə göstəricilərimiz yaxşıdır. Həm mənfəət həm də gəlirlər, artmaqdadır"-deyə qurum rəhbəri bildirib.
Xatırladaq ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ölkənin ən böyük dövlət şirkətlərindəndir. Onun aktivləri 1,3 milyard manata çatır.
Şirkət mənfəətlə işləyir - 2020-ci ili 45 milyon manat. 2021-ci ili isə 51,8 milyon manat xalis mənfəətlə tamamlayıb.