ASCO istiqrazları"ndan əldə olunan gəlir "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldiləcək.
Rauf Vəliyev: "İnvestorlar demək olar ki, borcu olmayan şirkətin istiqrazlarını alacaq"
FED.az xəbər verir ki, bu barədə ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev deyib.
O bildirib ki, bununla belə, tədavülə buraxılan istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verəcək, vətəndaşlar üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacaq.