6 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin AZ2069008681 ISIN-li, 30 milyon manat həcmində, tədavül müddətli 9360 gün (9347 qalıq gün) olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - HƏRRAC
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1,001.0833 manat (3%) qiymətindən 1 sifariş təqdim edilmişdir. Hərrac qiyməti 1,001.0833 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 30 milyon manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30 milyon manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 9 iyul 2048-ci ildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.