6 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.
İpoteka və Kredit Zəmanət Fondu 70 milyon manat - CƏLB ETDİ
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri:
Qiymətli kağızın ISIN kodu: AZ2069008681
Emissiya həcmi: 30,000,000 manat
Nominal qiyməti: 1,000 manat
Hərrac qiyməti: 1,001.0833 manat
İstiqrazların tədavül müddəti: 9360 gün (9347 qalıq gün)
Faiz dərəcəsi: 3%
Faiz gəlirinin ödəniş müddəti: 180 gündən bir (6 aydan bir)
Anderrayter: “Unicapital İ.Ş” ASC
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.