Azərbaycanda faktorinq əməliyyatları ilə məşğul olan əsas şirkətlərdən biri – «Ferrum Kapital» QSC 2022-ci ilin nəticələrini açıqlayıb.
«InvestAz»da xüsusi təqdimat keçirildi – MÜHÜM YENİLİKLƏR AÇIQLANDI - FOTOLAR
FED.az xəbər verir ki, şirkət 2,5 milyon manat istiqraz buraxmağa hazırlaşır və bununla bağlı əsas maliyyə göstəricilərini açıqlayıb.
Emissiya prospektinə görə, istiqrazlar 2 illik müddətə, illik 13%-lə buraxılacaq, istiqrazlar üzrə faizlər isə ayda bir dəfə ödəniləcək.
Xatırladaq ki, «Ferrum Kapital» QSC faktorinq əməliyyatları ilə məşğuldur. Şirkət iddia edir ki, bu bazarda «Paşa Bank»la birlikdə bazarın əsas oyunçularındandır. «Hal-hazırda Azərbaycanda fakt orinq xidməti əsasən 2 şirkət tərəfindən təqdim edilir: «Paşa Bank» və «Ferrum Kapital»». İndiyədək «Ferrum Kapital» QSC 2017-ci ildən bəri 142 milyon 870 min manat həcmində faktorinq verib ki, bunun da cəmi 2,12% hissəsində gecikmə var»-deyə bildirilir.
Şirkətin açıqladığı hesabatdan aydın olur ki, «Ferrum Kapital» QSC çoxdandır ki, yüksək mənfəətlə işləyir. 2020-ci ildə şirkət 1,3 milyon manat, 2021-ci ildə 2,3 milyon manat, 2022-ci ildə isə 2,1 milyon manat xalis mənfəət edib.
«Ferrum Kapital»ın aktivləri 2020-ci ildəki 34 milyon manatdan, 2021-ci ildə 50,7 milyon manata, 2022-ci ildə isə 56,9 milyon manata yüksəlib.
«Ferrum Kapital»ın sahibləri ölkənin tanınmış iş adamı və şirkətləridir. Müəssisənin nizamnamə kapitalının 68%-i Dəmirçi Qafar Aydın oğluna (Aydın Dəmirçi - «AĞA Qrup»un sahibidir), 23%-i Habib Zadeh Mohammad Rezaya, 4,5%-i "AQA Şirkətlər Qrupu" QSC-yə və 4.5% isə "Vesta lnvestment" QSC-yə məxsusdur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.