«Assist Finance İnvestisiya Şirkəti»nin dövriyyəsi artıb.
FED.az xəbər verir ki, 2023-ci ilin yanvar-oktyabr aylarında şirkətin birja dövriyyəsi 2 milyard 24,8 milyon manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 88,1% artıb.
Bu dövrdə investisiya şirkətinin AMB-nin notları üzrə dövriyyəsi 322,7 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 298,3 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 509,8 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 1 milyard 6 milyon manat, səhmləri isə 111,1 milyon manat olub.
Cari ildə «Assist Finance İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 10%, dövlət istiqrazları üzrə əməliyyatları 80,2%, korporativ istiqrazlar üzrə əməliyyatlar 3,6 dəfə, repo əməliyyatları 19,7 dəfə artıb.
Bu il «Assist Finance İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 2,8 dəfə artaraq 300-dən 837-yə yüksəlib.
Qeyd edək ki, bu il "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin adı "Assist Finance İnvestisiya Şirkəti"nə dəyişdirilib.