“Naxçıvanbank” ASC-nin səhmləri dövriyyədən çıxarılır.
FED.az xəbər verir ki, bankın yenidən təşkili yolu ilə “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi ilə əlaqədar olaraq 468085 (dörd yüz altmış səkkiz min səksən beş) ədəd və Bankın səhmdarlarının ümumi yığıncağının 05.12.2023-cü il tarixli qərarına əsasən səhmdarlardan geri satın alınmış 531915 (beş yüz otuz bir min doqquz yüz on beş) ədəd səhm də daxil olmaqla, dövlət qeydiyyat nömrəsi AZ1007200384, nominal dəyəri 94 (doxsan dörd) manat olan ümumilikdə 1 000 000 (bir milyon) ədəd (ümumi dəyəri 94 000 000 (doxsan dörd milyon) manat) adi, adlı, sənədsiz səhmlər dövriyyədən çıxarılır.
Ünvan: “Naxçıvanbank” ASC-nin Müşahidə Şurası Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 27.