Bu ilin iyul ayının 1-nə Azərbaycan banklarının mənfəət vergisi ödəmələri 124,1 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 7,2 milyon manat (5,5%) az, aylıq müqayisə ilə 16,7 milyon manat (15,5%) çoxdur.
Bu ilin iyun ayının birinə bankların mənfəət vergisi ödəmələri 107,4 milyon manat, ötən ilin iyulun 1-nə isə 131,3 milyon manat təşkil edib.