Bu ilin iyun ayının 1-nə Azərbaycan banklarının xalis mənfəəti 614 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Bu illik müqayisə ilə 50,7 milyon manat (9%), aylıq müqayisə ilə 94,3 milyon manat (18,1%) çoxdur.
Bu ilin iyun ayının birinə bankların xalis mənfəəti 519,3 milyon manat, ötən ilin iyulun 1-nə isə 563,3 milyon manat təşkil edib.