Bu ilin ilk 8 ayında Azərbaycana 44,3 milyon dollar dəyərində 1 min 412 ədəd yalnız elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin eyni dövrü ilə müqayisədə elektromobillərin idxalı dəyər ifadəsi ilə 34,2 milyon dollar və ya 43,6%, miqdar ifadəsi ilə isə 559 ədəd və ya 28,4% azalıb.
Ötən ilin eyni dövründə xaricdən 78,5 milyon dollar dəyərində 1 min 971 ədəd elektromobil gətirilmişdi.
1 ədəd elektromobilin orta idxal qiyməti 2025-ci ilin 8 ayının nəticələrinə görə orta hesabla 31 min 366 dollar (53 min 322 manat) olub ki, bu da son bir ildə 8 min 477 dollar (14 min 411 manat) və ya 21,3% ucuzlaşma deməkdir.
2024-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd elektromobilin orta idxal qiyməti 39 min 843 dollar (67 min 733 manat) olub.