Dünyanın ən böyük avtomobil istehsalçısı “Toyota” Rusiyadakı gələcək taleyi ilə bağlı yeni açıqlama verib.
Eləcə də bax: Rusiyanı tərk edən avtomobil istehsalçıları - ŞİRKƏTLƏR - SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkət tezliklə Rusiya bazarına qayıtmaq qərarına gəlib. “Lexus” da ona qoşulduğunu açıqlayıb.
“Toyota” korporasiyası bildirib ki, Rusiyaya tədarük yalnız logistika ilə bağlı problemlərə görə dayandırılıb. Təchizat zəncirləri bərpa olunan kimi yapon şirkəti yenidən Rusiya bazarına qayıdacaq.
Xatırladaq ki, bir gün əvvəl Yaponiyanın digər avtomobil konserni “Nissan” Sankt-Peterburqdakı zavodda istehsalı dayandırmaq qərarına gəldiyini açıqlayıb. Şirkət həmçinin Ukraynaya humanitar yardım üçün 2.5 milyon avro dəyərində xüsusi fond yaratdığını vurğulayıb.
Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri bir neçə onlarla əsas xarici brend Ukraynada hərbi xüsusi əməliyyat və Qərbin sanksiyaları fonunda Rusiyada işlərini dayandırdığını və ya Rusiya Federasiyasına ixracın məhdudlaşdırıldığını elan edib.
Onların arasında “Intel”, “AMD”, “Microsoft”, “Heineken”, “Booking”, “Airbnb”, “Panasonic”, “Samsung” və s. yer alıb.