Tesla şirkəti üçüncü rübün yekunları üzrə elektromobillərin tədarükünə dair hesabat dərc edib. Xatırladaq ki, Tesla zavodun hüdudlarından kənara çıxanları deyil, yalnız alıcıya birbaşa çatdırılan maşınları nəzərə alır.
FED.az "TED.az"-a istinadən xəbər verir ki, üçüncü rüb şirkət üçün rekord nəticə olub. Hesabat dövründə Tesla 97 000 avtomobil sata bilib.
Rüb ərzində 16 318 ədəd Model S və Model X və 79 837 Model 3 avtomobili istehsal olunub. Müvafiq olaraq müştərilərə bu zaman 17 400 və 79 600 ədəd maşın çatdırılıb. İstehsal olunan maşınların sayını (əvvəlki modellər üçün) üstələyən təchizatlara təəccüblənmək lazım deyil: sadəcə, bu rübdə ötən rübün sonunda istehsal olunan avtomobillər müştərilərə çatdırılıb.
Tesla-nın son rekordu bu ilin ikinci rübündə, istehsal olunmuş 87 048 və müştərilərə çatdırılan 95 200 avtomobillə müəyyən edilib.