ABŞ-ın elektromobil şirkəti «Tesla» dünyada avtomobil satışlarının həcminə görə, Almaniyanın məşhur «Audi» brendini arxada qoyub.
BYD Tesla-nı geridə qoyaraq elektrikli avtomobil bazarı lideri oldu
FED.az biznes və maliyyə cəbərləri portalı «Bloomberg»ə istinadən xəbər verir ki, «Volkswagen AG» qrupuna daxil olan «Audi» şirkəti 2024-cü ildə bütün dünyada 1,67 milyon avtomobil satıb ki, bu da əvvəlki ildən 12% azdır. «Avropa və Çində güclənən rəqabət, eləcə də onun elektrik avtomobillərinə tələbatın aşağı olması nəticəsində «Audi» maşın atışına görə «Tesla»dan geri qalıb. İlon Maskın şirkəti 2024-cü ildə 1,79 milyon avtomobil satıb»-deyə məlumatda bildirilir.
«Tesla Model Y» krossoveri hazırda dünyada ən çox satılan maşınlardandır. Bu satışların fonunda «Audi» və Almaniyanın digər şirkətləri «lüks» avtomobillərə tələbatın aşağı düşməsi ilə üzləşiblər. Avropada bəzi ölkələr elektromobillərin satışı üçün subsidiyanı ləğv etdikdən sonra qitədə elektromobillərə də tələbat azalıb.