BYD 2024-cü ilin dördüncü rübündə Tesla-nı 20%-dən çox fərqlə geridə qoyaraq dünyanın ən böyük tam elektrikli avtomobil istehsalçısı oldu.
Çin avtomobilləri bütün dünyanı zəbt edir, yeni «Toyota Camry» isə Çini
FED.az xəbər verir ki, sözügedən dövr ərzində BYD müştərilərə 595,412 ədəd elektrikli avtomobil (BEV) çatdıraraq əvvəlki ildən 13.1% daha çox satış həyata keçirdi. Şirkət həmçinin 918,556 ədəd plagin hibrid avtomobil (PHEV) satdı ki, bu da bir il əvvəlkindən 120.7% daha çoxdur.
Tesla isə 495,570 avtomobil sataraq analitiklərin gözlədiyi 512,277 ədədi keçə bilmədi. Bununla belə, Tesla-nın satışları bir il əvvəlkindən 2.3% və üçüncü rübə nisbətən 7.1% artdı.
BYD daha ucuz modelləri ilə tanınır və bu modellərin qiymətləri təxminən 80,000 yuan (təxminən 10,960 ABŞ dolları) ilə 200,000 yuan arasında dəyişir.