“Tesla” indiyə qədərki ən sərfəli “Model Y” modelini təqdim edib.
“Tesla” modelləri ucuzlaşdı - SATIŞLAR ARTDI - SİYAHI
FED.az xəbər verir ki, “Tesla” qiyməti 47 740 dollar olan standart arxa təkərli və tək mühərrikli “Model Y”ni satışdan çıxararaq daha sərfəli variantla əvəz edib. 43 min 990 dollara satılan yeni versiya istehsalı dayandırılan modeldən daha aşağı xüsusiyyətlərə malik olsa da, indiyə qədərki ən sərfəli variant olaraq diqqət çəkir.
Yeni model arxa təkərli və tək mühərrikli olmağa davam edir. Burada onun diapazonunda bir qədər azalma olduğunu qeyd etmək lazımdır. Çünki yeni modeldə köhnə variantda 449 km məsafədən fərqli olaraq sürücülərə 418 km məsafə təklif olunur. Bunun səbəbi “Tesla”nın avtomobildə büdcəyə uyğun akkumulyatordan istifadə etməsidir.
Əlverişli “Model Y”dən sonra standart variantın 0-100 sürətləndirilməsi də dəyişdi. Köhnə model bu sürətə 5 saniyəyə çatdığı halda, yenisi bu səviyyələrə 6,6 saniyəyə çata bilir. Bunun xaricində qeyd edək ki, dizayn kimi mövzularda zərrə qədər dəyişiklik yoxdur. (Trend)