Amerikanın “Tesla”sı – internetdə ən məşhur avtomobil markası olub. Bunu “Google”un axtarış sorğularının statistikası sübut edir.
Eləcə də bax: Qiymətdə demək olar ki, itirməyən 6 krossover – FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, internetdə İlon Maskın şirkəti ildə minimum 11 100 000 dəfə axtarılır.
Qeyd edək ki, populyarlığına görə ikinci “Volkswagen”, üçüncü isə “Toyota” olub. Onların hər birinə təxminən 9 140 000 sorğu düşür. Dördüncü və beşinci yerləri müvafiq olaraq “BMW” və “Hyundai” tutub.
Altıncı və yeddinci sıralarda “Audi” və “Honda” yer alıb – axtarış sorğularının təxminən 6 120 000 onların payına düşüb. Bunun artınca “Fond”. “Porsche”, “Lamborghini” və “Kia” gəlir.
Eyni zamanda, dünyanın ən populyar avtomobil brendlərinin Top 20-liyinə “Renault”, “Peugeot”, “Nissan”, “Jeep”, “Mercedes-Benz”, “Ferrari”, “Mazda”, “Chevrolet” və “Skoda” daxil olub.