ABŞ-ın iri elektrik avtomobili istehsalçısı Tesla, bu ilin ikinci rübündə 479 min ədəd elektromobil istehsal edib, 466 min 140 ədəd tədarükə nail olub. Bu rəqəmlər şirkətin rüblük istehsal və satışında rekorddur.
Azərbaycanda “Tesla” avtomobillərinin sayı - AÇIQLANIB
FED.az xəbər verir ki, elektrik avtomobil satışında rekord qıran şirkət, bunu əvvəlki rüblə müqayisədə 10%, əvvəlki ilə nisbətən isə 83% artırıb.
Teslanın ABŞ, Çin və digər ölkələrdə qiymət endirmə strategiyası onun satışları artırmağa kömək etdiyini göstərib. İkinci rübdə isə qiymət endirimləri şirkətin gəlirliliyinə təsir edib. Tesla, ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətinin 24 faiz azaldığını bildirib.
Tesla-nın rekord avtomobil istehsalının təxminən yarısı, ehtimal ki, Şanxaydakı giga zavodunun hesabınadır. Tesla aprel ayında Çin istehsalı olan 75 min 842, mayda isə 77 min 695 elektrik avtomobili tədarük edib.
Tesla daha bahalı Model S və X elektrik avtomobillərindən daha çox Model 3 və Y elektromobilləri istehsal edib. Ümumilikdə, Tesla 460 min 211 Model 3 və Model Y və 19 min 489 ədəd Model S və Model X istehsal edib.
Elon Musk Tesla-nın rəhbəridir. (Marja)