Elon Musk-ın elektrikli avtomobil istehsal edən şirkəti Tesla-nın səhmləri mart ayında 24,86% ucuzlaşıb. Bu, şirkətin birjaya çıxdığı 2010-dan bu yana baş verən ən pis vəziyyətdir.
FED.az CNBC-yə istinadən xəbər verir ki, Tesla-nın səhmlərində ucuzlaşma bu ilin ilk rübündə 17%-i keçib və 2013-ün son rübündən bəri ən kəskin azalma baş verib. Bu həftə Tesla səhmlərindəki geriləmə isə 15,5 faiz olub.
Səhmlərin ucuzlaşmasının böyük hissəsi, Kaliforniyada bu ayın əvvəlində bir Tesla avtomobilinin də yer aldığı ölümcül qəzadan qaynaqlanır. Tesla istintaq çərçivəsində rəsmilər ilə əməkdaşlıq edəcəyini açıqlamışdı.
Şirkətin bəzi sifarişləri gecikdirməsi də səhmlərin qiymətinə mənfi təsir göstərir.
Moody's, əvvəlki gün Tesla-nın kredit reytinqini azaltmış və şirkətin proqnozunu"neqativ" olaraq təsdiq etmişdi.