Təşəbbüslərilə diqqəti çəkən Elon Musk-ın Tesla layihəsi son dövrlər sərt tənqidlərin hədəfindədir.
FED.az "Marketwatch"a istinadən xəbər verir ki, bu sərt tənqidlərdən biri də hedc fond rəhbəri John Thompson tərəfindən dilə gətirilib.
"Karyeramda bu qədər absurd bir şey görməmişəm" deyən Thompson "Elon Musk, şlyapadan dovşan çıxarmadığı müddətdə Tesla dörd ay ərzində iflas edəcəkdir" - ifadələrini istifadə edib.
Şirkətlərin mənfəət açıqlamaq məcburiyyətində olduğunu deyən Thompson, Tesla-da olanları daha əvvəl heç görmədiyini bildirib.
Thompson müştərilərinə göndərdiyi məktubda Tesla-nın iflasın astanasında olduğunu qeyd edib.
Tesla-nın bazar dəyərinin Ford-un bazar dəyərini 2 dəfə keçdiyinə diqqət çəkən Thompson, buna qarşı Fordun ötən il 6 milyon avtomobil istehsal etdiyini və 7,6 milyard dollar mənfəət açıqladığını, Tesla-nın isə 100 min avtomobil istehsal edib 2 milyard dollar zərər ediyini söyləyib.