Aprel ayında Rusiyada 28 avtomobil istehsalçısı məhsul qiymətlərini tənzimləyib.
Eləcə də bax: Azərbaycanlılar kiçik mühərrikli avtomobillərə keçir – İDXALI SÜRƏTLƏ ARTIR
FED.az xəbər verir ki, bununla belə, 28 istehsalçıdan 27-si məhsullarının qiymətini artırıb. Yalnız “Toyota” qiymətlərdə müxtəlif istiqamətli dəyişiklik edib.
Kütləvi seqmentin bir sıra istehsalçılarının avtomobil xəttinin yarısından çoxunu bahalaşdırıb.
“Chevrolet” qiymətlərini 1,5-5,1%, KIA – 0,5-2,2%, “Peugeot” – 1,8-2%, UAZ isə 0,9-1,5% artırıb. “Lada”, “Hyundai”, “Volkswagen”, “Renault” və “Skoda” ayrı-ayrı modellər üçün müəyyən qiymət tənzimləmələri ilə məhdudlaşıb.
Eyni zamanda, Rusiyada təmsil olunan demək olar ki, bütün Yaponiya avtomobil markaları qiymət siyahılarını yeniləyiblər. Nəticədə, ən çox bahalaşma “Honda” markasında qeydə alınıb – 2,9%-dən 3,3%-dək, “Suzuki” isə qiymətləri 2,6-5,6% qaldırıb.
Çin istehsallı avtomobillər arasında ən çox bahalaşan “Geely” modelləri olub – 0,8-6,3% və ya 15 min rubldan 150 min rubla qədər.
“Toyota” avtomobillərinin əksəriyyəti 1,3-6,5% bahalaşıb, lakin baza versiyası da daxil olmaqla iki “RAV4” komplektasiyası 0,1% ucuzlaşıb.
Qeyd edək ki, bir il əvvəl, rublun məzənnəsinin çökməsi nəticəsində müqayisə edilə bilən qiymət düzəlişi edilmişdi və nəticədə 26 avtomobil markasının dəyəri dəyişmişdi.
Bundan başqa, son iki həftə ərzində daha 10 avtomobil markası bahalaşıb.
Qiymətləri ən çox "AvtoVAZ" qaldırıb. Ən yaxşı konfiqurasiyalı modellər sayılan “Lada Vesta” 2-2,4%, “Lada X-Ray” isə 0,5-2,8% bahalaşıb. Ayrı-ayrı modellərin də qiymətinin artırıldığı deyilir. “Hyundai Solaris” 1,6-2,4%, “Citroen C4” isə 1,5-3,3% bahalaşıb.
Əlavə olaraq, son iki həftə ərzində “Mazda” avtomobilləri orta hesabla 0,8-1,2%, “Mitsubishi” – 0,9-2,9%, “Nissan” – 1-2,4%, “Subaru” isə 1,1-2,1%.
Eyni zamanda, 14 gün ərzində premium seqmentdə “Lexus”, “Genesis” və “Porsche” markalarının qiymətlərində də əhəmiyyətli artım qeydə alınıb. (Apa)