Azərğaycan əhalisi getdikcə kiçik mühərrikli avtomobillərə keçməyə bşlayıb.
Eləcə də bax: Azərbaycanda "Chevrolet" avtomobillərinin istehsalı başlayıb - QİYMƏTLƏR
FED.az xəbər verir ki, bir neçə il əvvəl mühərrikin həcminə əsasən hesablanan aksiz vergilərinin dərəcəsinin yüksəlməsi və taksilərin sayının artması nəticəsində ölkəyə gətirilən kiçik mühərrikli avtomobillərin sayı syrətlə artmaqdadır. Hazırda xaricdən ölkəyə gətirilən hər iki avtomobildən biri mühərriki 1,5 litrə qədər olandır.
İri mühərrikli avtomobillərə isə maraq əksinə, azalmaqdadır.
Son 4 ilin – 2017-2020-ci illərin gömrük statistikası avtomobillərə maraq və onların idxalı ilə bağlı maraqlı tendensiyaları üzə çıxarır.
Belə ki, 2017-ci ildə ölkəyə xaricdən 11 487 avtomobil gətirilmişdi. Bu avtomobillərin 1 644 ədədi – mühərrikinin həcmi 1,5 litrə qədər olanlar idi. Belələri bütün avtomobillərin 14%-ni təşkil edirdi.
2018-ci ildə isə həm ümumi avtomobillərin sayı, həm də burada kiik mühərriklilərin payı kəskin artdı. Həmin il ölkəyə gətirilən 25 733 avtomobildən 5600-ü və ya 22%-i mühərrikinin həcmi 1,5 litrə qədər olanlar idi.
2019-cu ildə bu tendensiya davam etdi – həm avtomobillərin ümumi idxalı, həm də onların arasında 1,5 litrə qədər olanlar kəskin artdı. Həmin il ölkəyə 39 344 avtomobil gətirildi və onların 15561-i, yəni təqribən 40%-i kiçik həcmli maşınlar idi.
Nəhayət, 2020-ci ildə hətta pandemiya da ölkəyə avtomobil idxalının artmasını dayandıra bilmədi. Ötən il xaricdən azərbaycana 44 358 avtomobil gətirilib. Bunlardan 21 125-i və ya 48%-i mühərriki 1,5 litrə qədər olanlar idi.
Bunun əksinə olaraq mühərrikinin həcmi böyük olan avtomobillərin idxalı doğru gedir.
Belə ki, 2017-ci ildə ölkəyə xaricdən mühərrikinin həcmi 3 litrdən çox olan 1161 maşın gətirilmişdi. Bu rəqəm – ümumi avtomobil idxalının 10%-ni təşkil edirdi.
2018-ci ildə mühərrikinin həcmi 3 litrdən çox olan avtoobillərin idxalı cəmi 1667 ədəd idi. Amma bu - ümumi idxalın 6,4%-ni təşkil edirdi.
2019-cu ildə iri mühərrikli avtomobillərin həm sayı, həm də payı azaldı - ölkəyə cəmi 1246 belə avtomobil gətirildi ki, bu da ümumi idxalın 3%-ni təşkil edir.
Nəhayət, 2020-ci ildə belə avtomobillərin idxalı cəmi 862-yə, onun ümumi idxalda payı isə 2%-ə düşdü.
Rəqəmlər göstərir ki, hazırda ölkəyə gətirilən hər 10 avtomobildən 3-ü dizeldir. Halbuki 2017-ci ildə hər 10 avtomobildən yalnız 2-si dizel yanacağı ilə işləyirdi.
Yeri gəlmişkən, bir neçə ay əvvəl Tarif şurasının qərarı ilə benzin və dizel yanacağının qiymətinin artması (Aİ-92 benzin 90 qəpikdən 1 manata, dizelin qiyməti isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb) kiçik sərfiyyatlı avtomobillərin idxalının daha da artmasına səbəb olacaq.
Avtomobil parkının ərkibində gedən bu dəyişilik özünü sığorta sektorunda da göstərəcək. Belə ki, icbari sığorta haqları mühərrikin həcminə uyğun hesablanır, amma icbari sığorta ödənişi ilə bağlı limitlər büğün avtomobillərdə eyni (5 min manat) olduğuna görə, sığorta şirkətləri üçün kiçik avtomobillərin sığortası sərfəli sayılmır. Hətta bir sıra sığorta şirkətləri 1,5 litrdən aşağı avtomobillərin sığortasından qəsdən boyun qaçırırlar. Amma kiçik avtomobillərin sayının artması onları bu sahədə düşünməyə vadar edəcək və digər tərəfdən tənzilənmədə dəyişikliklərə səbəb olacaq.