2025-ci il 24 aprel tarixində Bakı şəhərində keçirilən hərrac zamanı 12 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi satışa çıxarılıb.
Nazirliyin "BMW-528İ minik" markalı avtomobili 15 min manata - HƏRRACDA SATILDI
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Satışa çıxarılan nəqliyyat vasitələrinin ilkin ümumi qiyməti 67 500 manat təşkil edib və eyni məbləğə də satılıb.
Bu nəticəyə əsasən, hər bir nəqliyyat vasitəsinin orta satış qiyməti təxminən 5 625 manat olub. Qeyd edək ki, nəqliyyat vasitələrinin dövlət nömrə nişanları və buraxılış illəri ayrıca siyahı şəklində əlavə olunub.
Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.
Satış prosesi 08/25 saylı və 19.03.2025-ci il tarixli protokolla rəsmiləşdirilib.