Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 22 aprel təşkil olunan hərracda dövlət qurumlarına məxsus avtomobillər özəlləşdirilib.
Avtomobil hərracında qiymət uçurumu: 2800 manata çıxarıldı, 9000 manata satıldı!
FED.az xəbər verir ki, bu dəfəki satışda həm minik, həm də yük avtomobilləri təqdim edilib və alıcıların marağına səbəb olan modellər sırasında BMW-dən tutmuş Khazar-a qədər müxtəlif markalar yer alıb. Ümumilikdə 57 avtomobil satılıb.
Hərraca çıxarılan avtomobillərin buraxılış illəri 1993-dən 2018-ə qədər olan bir aralığı əhatə edir. Ən köhnə avtomobil 1993-cü il istehsalı olan SAZ-3511 yük maşınıdır, ən yenisi isə 2018-ci ilin Khazar minik avtomobilidir.
Qiymət aralığına gəlincə, ilkin start qiyməti 1 800 manatdan başlayıb və 15 000 manata qədər yüksəlir. Hərracda ən aşağı qiymətlə satışa çıxarılan avtomobil 1 800 manatla Mitsubishi Lancer (2006) olub. Ən yüksək qiymətli avtomobil isə Xarici İşlər Nazirliyinə məxsus BMW-528İ (2012) modelidir və onun start qiyməti olan 15 000 manatdır, elə həmin qiymətə alıcı tapıb.
Maraqlı məqam isə bəzi avtomobillərin ilkin satış qiymətindən daha yüksək qiymətə satılmasıdır. Məsələn, Prezidentin İşlər İdarəsinə məxsus BMW 530İ (2006) modeli ilkin olaraq 7 500 manata çıxarılsa da, sonradan 9 075 manata satılıb. Bu isə onu göstərir ki, bəzi modellərə olan tələbat açıq şəkildə qiymət artımına səbəb olub.
Bakı şəhəri üzrə 22 aprel 2025-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı:
№ |
Balanssaxlayıcı təşkilatın adı |
Avtonəqliyyat vasitəsinin markası |
Dövlət nömrə nişanı |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
Müdafiə Nazirliyi |
36 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi |
Siyahı əlavə olunur |
62010 |
62010 |
07/25 19.03.2025 |
|
2 |
Xarici İşlər Nazirliyi |
BMW-528İ minik |
10 PB 247i/o |
2012 |
15000 |
15000 |
07/25 19.03.2025 |
3 |
"Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi" |
SAZ-3511 yük |
27 AC 291 |
1993 |
2100 |
2100 |
07/25 19.03.2025 |
4 |
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu |
Mitsubishi Attrage minik |
99 AG 508 |
2014 |
6000 |
6000 |
07/25 19.03.2025 |
5 |
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ |
QAZ yük |
90 PU 260 |
2002 |
4350 |
4350 |
07/25 19.03.2025 |
6 |
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ |
Chevrolet Niva 2123L minik |
90 PU 832 |
2004 |
2550 |
4200 |
07/25 19.03.2025 |
7 |
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu PHŞ |
Chevrolet Niva 2123L minik |
90 PU 763 |
2004 |
2325 |
3333 |
07/25 19.03.2025 |
8 |
Mədəniyyət Nazirliyi |
Land Rover Discovery minik |
10 AX 778 |
2012 |
13500 |
13500 |
07/25 19.03.2025 |
9 |
Dövlət Vergi Xidməti |
Honda Accord minik |
10 AS 982 |
2012 |
8850 |
8850 |
07/25 19.03.2025 |
10 |
Dövlət Vergi Xidməti |
Honda Accord minik |
77 PJ 692 |
2012 |
8850 |
8850 |
07/25 19.03.2025 |
11 |
Dövlət Vergi Xidməti |
Honda Accord minik |
77 PJ 689 |
2011 |
8100 |
8100 |
07/25 19.03.2025 |
12 |
Dövlət Vergi Xidməti |
Honda Accord minik |
90 AS 972 |
2011 |
8100 |
8100 |
07/25 19.03.2025 |
13 |
Dövlət Vergi Xidməti |
Khazar minik |
99 PS 674 |
2018 |
3975 |
4298.75 |
07/25 19.03.2025 |
14 |
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi |
BMW 530İ minik |
77 YC 244 |
2006 |
7500 |
7500 |
07/25 19.03.2025 |
15 |
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi |
BMW 530İ minik |
77 YC 399 |
2006 |
7500 |
9075 |
07/25 19.03.2025 |
16 |
Müdafiə Nazirliyi |
6 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi |
Siyahı əlavə olunur |
12100 |
12100 |
07/25 19.03.2025 |
|
17 |
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi-AZPROMO |
Mitsubishi Lancer minik |
77 PE 294 |
2006 |
1800 |
2400 |
07/25 19.03.2025 |