Xəbər verildiyi kimi, dekabrın 28-də prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib.
Pullu yollar belə işləyəcək - QAYDALAR, ÖDƏNİŞ FORMALARI - QƏRAR
FED.az xatırladır ki, «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi sayılan bu yol ümumilikdə 150 kilometrdən ibarət olacaq və 4 zolaqlıdır.
Azərbaycanda daha iki pullu yol çəkiləcək - YERLƏR AÇIQLANDI - EKSKLÜZİV
Hazırda bu magistralın digər hissəsi - Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi arasında yerləşən hissəsində tikinti başa çatmaq üzrədir. Yeni istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13 kilometr qısadır. Yolun qalan hissələrinin gələn ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.
Türkiyədə pullu yollar neçəyədir? – SİYAHI – QİYMƏTLƏR
Əvvəlcədən də xəbər verildiyi kimi, bu yolun ödənişli olması nəzərdə tutulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda da bildirilir ki, yeni avtomobil yolundan istifadə üçün ödənişin hər kilometr üçün yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub.