Azərbaycanda daha iki pullu yolun tikintisi nəzərdə tutulur.
Bu barədə FED.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.
Eləcə də bax: Azərbaycanda ilk pullu yolun hansı olacağı - AÇIQLANDI - RƏSMİ
Onun sözlərinə görə, may ayında Agentlik yerli və xarici özəl sektora müraciət edərək onları yol tikintisi sahəsində əməkdaşlığa dəvət etmişdi. Qeyd edək ki, həmin müraciətə əsasən xarici investorlara iki yol layihəsi təklif edilmişdi. Hansı ki, özəl şirkətlər bu yolların tikintisini həyata keçirməli, sonra isə bu yollar pullu yol olaraq fəaliyyətə başlamalı və investorlar öz pullarını götüməli idilər. Söhbət Z.Tağıyev qəsəbəsi-Sahil avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri (42 kilometr), eləcə də 2-ci texniki dərəcəli Quba-Şamaxı avtomobil yolunun tikintisi idi.
Eləcə də bax: Türkiyədə pullu yollar neçəyədir? – SİYAHI – QİYMƏTLƏR
Saleh Məmmədov FED.az-a bildirib ki, artıq bununla bağlı iki xarici şirkət – Çin və Çexiya şirkətləri Agerntliyə müraciət edərək layihəni reallaşdırmaq istəklərini bildiriblər: «O şirkətlər Azərbaycanda vəsait qoymaq istəyirlər. Onlar ölçəcəklər ki, qoyduqları sərmayəni nə qədər vaxta götürə bilərlər və o yollarda tikiləndən sonra ödənişli olacaq. Qeyd olunan bu şirkətlərə artıq təklifləri vermişik. Bunlardan biri Bakı-Quba-Qonaqkənd –Şamaxı yolu istiqamətində.Digəri isə Sahil qəsəbəsini Zeynalabdin qəsəbəsi ilə birləşdirən 42 kilometrlik yolun 4 hərəkət zolağına çevrilib ödənişli olunmasıdır».
Saleh Məmmədov bildirib ki, təzə tikilən yolların altındakı torpaq sahələrini də investisiya yatıran şirkətlər özləri alacaqlar. Həmin yollardan istifadə tarifləri və yolun həmin şirkətərin istifadəsində hansı müddətdə olacağı isə danışıqlardan və yatırılan investisiyanın məbləğindən asılı olacaq.