Cari ilin yanvar ayında Azərbaycana xaricdən 139 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.
Azərbaycanın xaricdən aldğı avtomobillər 311 manat ucuzlaşıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirir.
Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 6,5 milyon ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 100 ədəd (41,8%), dəyər ifadəsi ilə 3 milyon 75 min ABŞ dolları (31,8%) azdır. Belə ki, 2024-cü ilin ilk ayında Azərbaycana idxal dəyəri 9,6 milyon ABŞ dolları olan 239 ədəd elektromobil gətirilib.
Ötən ay idxal edilən elektromobillərin bir ədədinin orta qiyməti 47,4 min dollar olub ki, bu da, illik müqayisədə 7 min dollar və ya 17,3% çoxdur. Ötən ilin ilk ayında idxal olunan elektromobillərin bir ədədinin orta qiyməti 40,4 min dollar idi. (Trend)