Bu ilin ilk ayında Azərbaycan xaricdən 139 milyon dollar dəyərində 7 min 663 ədəd avtomobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə 2024-cü ilin yanvar ayı ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 1 472 ədəd və ya 23,8% , dəyəri isə 25,7 milyon dollar və ya 22,5% artıb.
Əvvəlki ildə Azərbaycana 113,4 milyon dollar dəyərində 6 min 191 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, 1 ədəd avtomobilin orta idxal qiyməti bu ilin ik ayına görə 18 min 137 dollar (30 min 834 manat) olub ki, bu da illik müqayisədə 183 dollar (311 manat) və ya 1% azalıb.
Qeyd dək ki, bu göstərici ötən ilin müvafiq dövründə 18 min 320 min dollar (31 min 144 manat) idi
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 6,6 milyon dollar dəyərində 139 ədəd, hibrid mühərrikli avtomobillərinin sayı isə 72,3 milyon dollar dəyərində 3 min 654ədəd təşkil edib. Yük avtomobillərinin ümumi sayı 7,1 milyon dollar dəyərində 645 ədəd, xüsusi təyinatlı avtomobillərin sayı 3,8 milyon dollar dəyərində 41 ədəd olub.